İslamofobiya niyə artır?
21.07.2023 [11:15]
Avropanın bəzi ölkələri demokratiya pərdəsi arxasında gizlənir
MÜBARİZ
Özünü inkişafın yüksək səviyyəsinə çatmış sayan, demokratiyanın beşiyi hesab edən Avropanın ayrı-ayrı ölkələrində islamofobiyanın yeni təzahürləri nəzərə çarpmaqdadır. Dini zəmində oraya çıxan təhlükəli meyllər bugünkü Avropanın mənzərəsini daha da “tündləşdirir”. Baş verənlər bütövlükdə, ayrı-seçkiliyin, ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürü sayılır. Bu təhlükəli prosesdə iştirak edən ölkələr sırasında İsveç də var. Bu ölkə Şimali Atlantika Alyansının (NATO) son sammiti ərəfəsində quruma üzv olmaq üçün Türkiyənin razılığını almaqdan ötrü xüsusi canfəşanlıq göstərirdi. O cümlədən İsveç hökuməti terrorla, ksenofobiya və dini dözümsüzlüklə bağlı mübarizə siyasətində korrektələr aparacağını vəd edirdi. Ancaq verilən vədlərin yerinə yetirilmədiyini, əksinə, ölkədə dini dözümsüzlüyə rəvac verən proseslərə yenə də “yaşıl işıq” yandırıldığının şahidi oluruq. Xarici KİV-lərdə yayılan məlumata əsasən, İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması ilə bağlı mitinq keçirilməsinə İsveç polisi müsbət cavab verib. Qeyd edilir ki, Stokholm polisi İraq səfirliyi qarşısında “ictimai toplantı” keçirmək üçün icazə verib, lakin qurum rəsmiləri etirazçıların nə planlaşdırdıqları barədə əlavə şərh verməkdən imtina ediblər.
Dini dözümsüzlük
Avropada milli-dini zəmində münaqişələrin artmasını “qoca qitə”nin demokratiya prinsipi ilə bir araya sığmayan pis ənənəsi kimi səciyyələndirə bilərik. Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısına özünü “demokratiya beşiyi” adlandıran Fransa başçılıq edir. Bəllidir ki, Fransanın siyasi hakimiyyəti İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Hətta bu nəşri Fransa rəsmilərinin “danışan dili”, “görən gözü” kimi də xarakterizə etmək olar. Nəşrin səhifələrində dəfələrlə İslam dini, dinin ən ali nümayəndələri etikadan kənar karikaturalarla hədəfə alınıb. Bu, rəsmi Parisin dini ayrı-seçkilik, islamofobiya təzahürləri sayıla bilər.
Eyni zamanda, son günlərdə Parisdə və Fransanın əyalətlərində baş verən iğtişaşların səbəbi qismində çıxış edən etnik və dini ayrı-seçkilik Fransanın siyasi “xəttinin” ənənəvi istiqamətidir. Fransa polisinin Əlcəzair əsilli müsəlman gənci öldürməsi böyük etirazlara səbəb oldu - hətta on minlərlə insan küçələrə çıxaraq etiraz edib, president Makronun istefasını və günahkarların cəzalandırılmasını tələb ediblər. Hakimiyyətin siyasətindən narazı olanlar da müsəlman gəncin polis tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq başlanan aksiyalara qoşulublar.
Quranı yandırmaq “ənənəsi”...
Görünür Fransanın pis nümunəsi digər Avropa ölkələrinə də sirayət etməkdədir. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib. O, İslama hörmək etmədiyini söyləyib. Təbii ki, bu demokratiya sayıla bilməz - bu daha çox cəzasızlıq mühitindən ruhlanmadır. Çünki danimarkalı siyasətçi oxşar cinayəti - “Quran”ı yandırmağın başqa adı ola bilməz - ötən il də törətmişdi. O, Tarnbi şəhərində yenə də polisin mühafizəsi altında müqəddəs kitabımızı yandıraraq sosial şəbəkədə yayımlamışdı. Aksiyanı lentlə əhatələnmiş ərazidə həyata keçirən siyasətçini 30-a yaxın polis, Danimarka Kəşfiyyat İdarəsinin (PET) 7 mülki geyimli əməkdaşı mühafizə etmişdi.
Bu ilin əvvəlindən İsveçin paytaxtı Stokholm düz iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də yenə də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb - müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb. Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, təəssüf doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib.
İslam dünyasının haqlı etirazı
Avropada “Quran”ın, İslam dəyərlərinin təhqir olunması böyük İslam coğrafiyasında kəskin etirazlarla qarşılanır. Qurban bayramı ərəfəsində Stokholmda müqəddəs kitabımızın yandırılmasına etiraz əlaməti olaraq ayrı-ayrı İslam dövlətləri İsveçdəki səfirlərini geri çağırıblar. İsveçdə “Quran”ın yandırılması İraqda da etirazlarla qarşılanıb. İraqda bu yaxınlarda Stokholmda hakimiyyət qurumlarının razılığı ilə həyata keçirilən “Quran”ın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə daxil olublar. Hadisə zamanı səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb.
İsveç hakimiyyətinin İraqın Stokholmdakı səfirliyi qarşısında “Quran”ın növbəti dəfə yandırılmasına icazə verməsi bir növ heyif çıxmaq, qisas almaq anlamına gəlir. Görəsən, İsveçin bəhs olunan aksiyanın keçirilməsinə icazə verən qurumlarının rəsmiləri nə üçün anlamaq istəmirlər ki, dini zəmində ədavətin, düşmənçiliyin sonu daha ağır fəsadlara gətirib çıxara bilər. Belə halların qarşısını birdəfəlik almaq lazımdır. “Quran” böyük İslam dünyasının müqəddəs kitabıdır. Onun səhifələrində dinindən, milli kimliyindən asılı olmayaraq bütün insanlara humanizm, dözümlülük, paylaşmaq kimi ideyalar, o cümlədən də xristianlara qarşı rəğbət aşılanır. Bu kimi hərəkətlər isə dinlə və ya milli kimliklə bağlı deyil - bunun tək adı dözümsüzlükdü...
Xəbər lenti
Hamısına baxGündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39

