Gürcüstanda nə baş verir?
20.09.2023 [11:10]
Cari ilin əvvəlindən bəri qonşu Gürcüstanda hakimiyyət böhranına yol açan, cəmiyyətdə ciddi qütbləşmələrə səbəb olan proseslər izlənilir. Mart ayında paytaxt Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı gərginlik yaşandı. Bir neçə gün davam edən qarşıdurmalardan sonra bəhs olunan qanun layihəsinin parlamentdə müzakirələri qeyri-müəyyən müddətədək dayandırıldı.
Aradan cəmi iki ay ötəndən sonra Tbilisi yenidən etiraz dalğaları ilə çalxalandı. Bu dəfə etirazlara qonşu Rusiyada verilən qərar - prezident Vladimir Putinin Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejiminin ləğvinə dair mayın 10-da ayrıca fərman imzalaması səbəb oldu. Sənədə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən etibarlı sənədlər əsasında Rusiya ərazisinə vizasız daxil olmaq və 90 günə qədər bu ölkədə vizasız qalmaq hüququ verilir. Rusiya prezidenti, həmçinin Gürcüstana uçuşlarla bağlı aviaşirkətlərə qoyulan qadağanı da ləğv edib. Müxalifət və vətəndaş cəmiyyəti təsisatları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini, eləcə də Rusiya prezidentinin imzaladığı sənədə və qonşu ölkədən Gürcüstan ərazisinə uçuşların bərpasına yerli hökumətin loyal yanaşmasını iqtidarın Avropaya inteqrasiya kursundan geri dönüşü kimi dəyərləndirərək buna sərt təpkilərini ortaya qoydu.
Zurabişvili müxalifətin yanında
Hakimiyyətdə və cəmiyyətdə parçalanmanı şərtləndirən həm də o amil oldu ki, prezident Salome Zurabişvili sözügedən qanun layihəsinə münasibətdə etirazçıları dəstəklədi. Dövlət başçısı, həmçinin Moskva ilə Tbilisi arasında aviareyslərin bərpası ilə bağlı hökumətin səhv siyasi kurs götürdüyünü hədəfə alan bəyanatlar verdi. Bu dəfə hakimiyyət geri çəkilmədi və Rusiya ilə Gürcüstan arasında uçuşların bərpa olunmasının ölkənin milli maraqlarına uyğun gəldiyini əsaslandırdı.
Salome Zurabişvili yalnız siyasi bəyanatlar verməklə kifayətlənmədi. O, mayın 20-də Tbilisidən Moskvaya reys həyata keçirən yerli “Georgian Airways” aviaşirkətini boykot etdiyini, bir daha bu qurumun xidmətlərindən yararlanmayacağını publik şəkildə açıqladı. Xanım prezident həmvətənlərini də ondan nümunə götürməyə çağırıb. S.Zurabişvili bəyanatlarında əsaslandırırdı ki, Rusiya ilə hava reyslərinin bərpası ölkə əhalisinin böyük əksəriyyətinin istəyinə ziddir.
Milli aviasiya şirkətinin dövlət başçısına eyni ruhda cavabı da özünü çox gözlətmədi - şirkət bundan sonra prezidentin təyyarələrinə xidmət göstərməyəcəyini bəyan etdi. “Xanım Salome milli aviaşirkəti boykot etdiyini bildirib. O, gürcü xalqından üzr istəməyənə qədər onu “persona non-qrata” elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, Gürcüstandan Rusiyaya hava uçuşları siyasi səbəblərə görə 2019-cu ildə dayandırılmışdı.
Yeni hakimiyyət böhranı
Son bir ayda Gürcüstanda yeni hakimiyyət böhranı yaranıb. Motivlər bu dəfə də eyni olduğu kimi, qarşı-qarşıya duran cəbhələrdə yer alan similar da dəyişməyib. Bu dəfə də prezident Salome Zurabişvili ilə İrakli Qaribaşvilinin hökuməti üz-üzədir. Qonşu ölkədə Ukrayna hadisələrinə oxşar proseslər izlənilir. Ölkə iki seçimlə əlaqədar çalxalanır. Hökumət Qərbə inteqrasiyaya həvəsli görünməməkdə günahlandırılır. Prezident Salome Zurabişvili isə Avropa İttifaqı ilə inteqrasiyanın intensivləşdirilməsinin tərəfdarıdır. Bu məqsədlə o, avqustun sonlarında Avropa turnesini reallaşdırıb. Elə bu səfər də Gürcüstanda nisbətən səngiyən hakimiyyət böhranını yenidən alovlandırıb. Hökumət S.Zurabişvilinin Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfərini qəbuledilməz sayıb.
Prezidentin impiçmentinə hazırlıq
Gürcüstanda prezidentin məlum səfərindən dərhal sonra - sentyabrın ilk günlərindən onun impiçmenti üçün hakim “Gürcü arzusu” partiyası tərəfindən imzatoplama kampaniyasına başlanıb. Bu barədə partiyanın lideri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Prezident Salome Zurabişvili ölkə Konstitusiyanı kobud şəkildə pozub. “Prezidentin qanunu pozmasına ən səmərəli cavab impiçmentdir”, - deyə İ.Kobaxidze bildirib.
Qeyd edək ki, prezidentə impiçment göstərilməsi üçün deputatların 2/3-nin razılığı kifayətdir. Hazırda Gürcüstan parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası etimadsızlıqla bağlı prosedura başlamaq üçün yetərlidir.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili hakim “Gürcü arzusu” partiyasının prezident Salome Zurabişvilinin impiçmenti barədə qərarını ədalətli adlandırıb. Onun fikrincə, hökumət qanunun nümunəsi və müdafiəçisi olmalıdır, ona görə də Zurabişvilinin impiçment edilməsi qərarı “tamamilə ədalətlidir”.
Eyni zamanda, parlamentin Prosessual məsələlər və reqlament komitəsi impiçment proseduruna başlamaq üçün tələb olunan əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib. Hakim “Gürcü Arzusu” fraksiyasından olan deputat İrakli Kadaqişvili S.Zurabişvilinin konstitusiyanın tələblərini kobud şəkildə pozduğunu bildirib. Vurğulanıb ki, impiçmentlə bağlı, ümumilikdə, Konstitusiya Məhkəməsinə təqdim etmək üçün 80 deputatın imzası toplanıb.
Dövlət çevirilişi xəbərdarlığı
Gürcüstanda dövlət çevrilişinə cəhd ola bilər. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə məlumat yayıb. Qeyd olunur ki, “sabitliyi pozmaq və hökuməti güc yolu ilə devirmək üçün iğtişaşlar oktyabr-dekabr aylarında başlaya bilər”. Departament bildirir ki, məhz bu müddət ərzində Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı qərarının ictimaiyyətə açıqlanması planlaşdırılır. İddialara görə, qərar mənfi olacaq və bu, “ iğtişaşlar üçün münbit zəmin yaradacaq”.
Təhlükəsizlik xidməti, həmçinin potensial “sui-qəsdçilərin” adlarını da açıqlayıb. Onların arasında Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili, onun sabiq müavini Qiya Lordkipanidze, Gürcüstanın keçmis prezidenti Mixail Saakaşvilinin sabiq təhlükəsizlik zabiti Mixail Baturin, həmçinin Mamuka Mamulaşvili də var. Bu şəxslərin müxtəlif ssenariləri, o cümlədən “çadır şəhərciyi yaratmaq, barrikadalar qurmaq və hökumət binalarını mühasirəyə almaq” imkanlarını nəzərdən keçirdikləri bildirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

