20 oktyabr 1981-ci il...
20.10.2023 [11:40]
Milli energetikamızın inkişafında yeni mərhələnin başlanğıcı
Həmin gündən 42 il ötür
Artıq 19 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Digər əlamətdar cəhətləri ilə yanaşı, bu günün təqvimdəki xüsusi yeri Azərbaycan dövlətinin enerji sektorunda əldə etdiyi nəticələrin ümumiləşdirilərək təhlilə cəlb edilməsi, bu sahədə yeni imkan və perspektivlərin nəzərdən keçirilməsi baxımından da yeni bir fürsətdir. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə bu tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Ümumilikdə, Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşrutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış edir.
Stabil enerji mənbəyimizin inkişaf tarixi
Energetiklər Günü Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Belə ki, düz 42 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub.
Müstəqillik dövründən əvvəl mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Ancaq bütün bunlara baxmayaraq, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Hələ 1981-ci ildə stansiyanın birinci bloku istismara verildi. Bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verildi və qalan 7 blok da inşa edildi.
Görülən işlər, yaradılan infrastruktur layihələri
Düzdür, energetika sistemimiz zaman keçdikcə köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada davam edirdi. O illərdə böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda, ümumiyyətlə, elektrik enerjisi fasilələrlə verilirdi. Bütün bunları aradan qaldırmaq üçün isə bu stansiya xüsusi əhəmiyyət daşıyırdı. 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Azərbaycanda enerji böhranı baş verdi. Bu böhran Azərbaycan İES-də baş verən qəza nəticəsində olmuşdu. Qəzadan sonra ölkə rəhbərinin göstərişi ilə kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. “Azərbaycan İstilik Elektrik Stansiyası”MMC-nin yenidən qurulması, reabilitasiyası proqramı təsdiq olundu. Cəmi 2 il ərzində - 2020-ci ildə illərdən bəri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıqlar yenisi ilə əvəz olundu. Görülən işlər, yaradılan infrastrukturlar sayəsində stansiya müasirləşdi, gözəlləşdi və etibarlılığı artdı. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı.
“Azərbaycan” İES 3 ölkəni işıqlandırır
Azərbaycan 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdı. İndi isə ölkəmiz enerjini ixrac edir. Özü də bir ölkəyə yox, 3 ölkəyə - Türkiyə, Gürcüstan və zərurət yarandıqda Rusiyaya elektrik enerjisini ixrac edir. Bundan sonra da ixracın daha da artırılması və ölkəmizin artan sənaye potensialının enerji ilə təmin edilməsi prioritet məsələlərdən biridir. Çünki əhali, sənaye, biznes fəaliyyəti artır - bütün bunlar da öz növbəsində enerji tələb edir. Hazırda “Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının demək olar ki, yarısını ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə elektrik verilişi xətləri ilə ötürülür.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxGündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20

