Dnestryanı Rusiyaya verilir?
30.01.2024 [11:48]
Murad Köhnəqala
Moldovadan gözlənməz addım
Şərqi Avropanın ən kasıb ölkəsi sayılan Moldovada daxili çaxnaşmalar yenidən vüsət alıb. Avropa İttifaqına namizədliyi təsdiqlənəndən sonra Moldova hökuməti ittifaqdan müəyyən proqramlar çərçivəsində aldığı yardımlarla ölkədəki ağır sosial durumu nisbətən yaxşılaşdıracağını düşünürdü. Lakin “yetimə gəl-gəl” deyən Avropa nədənsə “çörək verməyə” tələsmir. Söhbət bu il üçün Kişinyova vəd olunan 300 milyon avro dəyərində maliyyə yardımından gedir. Gözünü Avropa banklarına dikən ölkə üçün yardımın gecikməsi respublika daxilində sosial narazılıqlara səbəb olub.
Ölkənin ikinci böyük problemi isə Dnestryanı əhalisinin son günlər artan etirazları ilə bağlıdır. Bu barədə Rusiya mətbuatı yerli mediaya istinadən xəbər yayıb.
Dnestryanıda etirazlar artır
Bir neçə gündür bu bölgədə həmkarlar ittifaqları Moldovanın blokada hərəkətlərinə qarşı etiraz aksiyasına başlayıb. Regionun lideri Vadim Krasnoselskinin başçılığı ilə bölgə əhalisi adından Moldova rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, “Moldova hökuməti Ukraynadakı hərbi əməliyyatları bəhanə gətirərək, azad sahibkarların fəaliyyətini məhdudlaşdırmağa başlayıb. Təsərrüfat subyektlərimizə qarşı məhdudlaşdırıcı hərəkətlər edilir. Bu siyasət təkcə özəl təsərrüfat subyektlərinə qarşı yox, bütün Dnestryanı əhalisinə qarşı yönəlib”.
Müraciətdə qeyd olunur ki, Avropa İttifaqının nümayəndələri öz sıralarına çəkmək istədikləri Moldovanın bu hərəkətlərinə ayrıca diqqət yetirməlidirlər. Sənəddə Kişinyov hökumətinin Dnestryanı əhalisinə qarşı iqtisadi ayrı-seçkilik tətbiq etməsi də ayrıca vurğulanıb.
Bu arada Dnestryanı bölgəsinin mərkəzi Tiraspolda “Kişinyov hakimiyyətinin Dnestryanı bölgə sakinlərinə qarşı iqtisadi ayrı-seçkiliyinə qarşı" mitinq-yürüş keçirilib. Əhalinin narazılığına əsas səbəb yanvarın 1-dən Moldova hökumətinin Dnestryanı ərazisindəki müəssisələrdən gömrük rüsumları yığmasıdır. Moldova baş nazirinin müavini Oleq Serebrian məsələ ilə əlaqədar mediaya açıqlamasında bildirib ki, sözügedən yığım məsələsi Moldovada sol sahildə qeydiyyatdan keçmiş müəssisələrə aiddir. Onlara birmənalı olaraq Moldovanın öz müəssisələri kimi yanaşılır və respublikanın digər ərazilərində olduğu kimi buraya da milli qanunvericiliyin tələbləri tətbiq edilir”.
Serebrian dediklərinə bunları da əlavə edib: “Gömrük Məcəlləsi sol sahildə olduğu kimi sağ sahildəki şirkətlər üçün də işlək olacaq. Bu məcəllədə Dnestryanı bölgə istisna olunmayıb. Biz Dnestryanı bölgəni Moldova Respublikasının ayrılmaz hissəsi hesab edirik. Dnestryanı üçün heç bir xüsusi düzəliş olunmayıb, çünki bölgənin hələlik hər hansı siyasi statusu yoxdur. Əgər status olsaydı, bəlkə də burada hansısa xüsusi şərtlər yaranardı”.
Aİ – Dnestryanı əməkdaşlığı
Yerli ekspertlər hesab edirlər ki, Moldova hökumətinin son addımları Dnestryanı bölgənin iqtisadi gücünü zəiflətməyə hesablanıb. İndiyədək Dnestryanı hansı ölkələrdən gəlir əldə edirdisə, o ölkələrlə sərbəst ticarət əlaqələri qura bilirdi. Bölgəyə məxsus yük daşıyıcıları Ukrayna vasitəsilə MDB ölkələrinə, Moldova vasitəsilə Avropa İttifaqına yük daşıyırdı. Yerli medianın yazdığına görə, Dnestryanı bölgəsi hətta Dnestryanının özündə silahlı münaqişə yaşandığı, Moldovanın başı hərbi əməliyyatlara qarışdığı zamanlarda belə Avropa İttifaqını metal və tekstil məhsulları ilə təmin edib. Burada yaşayan sahibkarların sözündən belə çıxır ki, Kişinyov Qərblə ticarətə Tiraspoldan çox sonra başlayıb.
Bu günün özündə Dnestryanı ixrac məhsullarının üçdə ikisinin alıcısı hələ də Aİ ölkələridir. Ukrayna müharibəsi başlanandan sonra Rusiya Kişinyovun xahişinə əsasən Dnestryanı ilə sərhədini bağladı. Beləliklə, Dnestryanı bölgəsi hələlik öz məhsullarını yalnız Aİ ölkələrinə çıxara bilir. Moldova rəhbərliyi burada gömrük rüsumları tətbiq etməklə bölgəni iqtisadi cəhətdən asılı vəziyyətə salmağa, Tiraspolu müstəqillik niyyətindən daşındırmağa çalışır.
Dnestryanı üçün sürpriz: Moldovaya viza ilə gedəcəklər
Bölgənin lideri Vadim Krasnoselski Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqların “5+2” formatında davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Onun təklif etdiyi formatda Moldova və Dnestryanının tərəflər kimi, Rusiya, Ukrayna və ATƏT-in vasitəçi kimi, Aİ və ABŞ-ın isə müşahidəçi statusunda təmsil olunması irəli sürülür. Moldova hökuməti isə bu təklifi qəbul etməyib. Ölkə rəsmilərinin bildirdiyinə görə, Ukrayna müharibəsi davam etdiyi müddətcə “5+2” formatında danışıqların bərpası mümkün deyil.
Dnestryanıda etirazların susmadığı bir vaxtda Kişinyov gözlənməz addım ataraq hər kəsi heyrətləndirib. 30 ilə yaxındır Dnestryanı problemini həll edə bilməyən hökumət bölgə sakinləri ilə bağlı yeni qərar qəbul edib.
Qərara əsasən, “Dnestryanı respublikası” pasportu olan vətəndaşların Moldova respublikasının ərazisinə girişi qadağan edilir. Dövlət sərhəd xidmətinə üzərində Dnestryanı pasportu gəzdirən şəxslərin sərhəd-buraxılış məntəqəsindən ölkə ərazisinə buraxılmaması tapşırılıb. Kişinyovun bu addımı analitiklər tərəfindən hazırkı Moldova hökumətinin şərq regionundan “de-yure” imtina etməsi kimi şərh olunur.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

