ABŞ-da seçkilər
08.03.2024 [10:30]
Baydenlə Trampın yenidən rəqib olması ehtimalı yüksəkdir
N.BAYRAMLI
2024-cü il dünyanın bir sıra ölkələrində seçki ili kimi xarakterizə olunur. Diqqətlə izlənən proseslərdən biri də bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkiləridir. Seçkilərdə iştirak edəcək namizədlərin kimliyi hələ rəsmi şəkildə dəqiqləşməsə də, mübarizənin Demokratlar Partiyasından olan hazırkı prezident Cozef Baydenlə Respublikaçılar Partiyasından olan sabiq prezident Donald Trampın arasında gedəcəyi ehtimalı günü-gündən artır. Hazırki prezidentin namizədliyi məsələsi yaşı ilə bağlı müəmma yaratsa da, hazırda partiya daxilində Baydendən başqa namizəd yoxdur.
Respublikaçılar Partiyasından isə son günlərə qədər iki nəfər prezidentliyə namizədliyə iddialı idi. Belə ki, keçmiş prezident Donald Trampla yanaşı, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli namizədliyə iddialı idi. Amma iki gün öncə Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. “Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o bildirib. Xanım Heyli seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmasa da, ona uğurlar arzulayıb. N.Heylinin yarışdan geri çəkilməsi Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.
Xatırladaq ki, Donald Tramp son prezident seçkilərindəki məğlubiyyəti ilə barışmayıb. Tramp ötən seçkinin sabahısı günü yenidən ölkə başçısı olmaq iddiasını ortaya qoymuşdu. Əslində, son rəy sorğuları Baydenin reytinqinin ötən seçkilərə nisbətdə aşağı düşdüyünü göstərir. Buna səbəb həm yaşının çox olması, həm də xarici və daxili siyasətdəki uğursuzluqları ilə əlaqələndirilir.
Qeyd edək ki, Bayden hakimiyyəti dövründə keçmiş prezident Tramp bir neçə dəfə müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb. O, 4 cinayət işi üzrə 91 ittihamla üzləşib. Amma bütün bunlar Trampın Baydenə qarşı sərt mövqeyinə təsir etməyib. Respublikaçı keçmiş prezident çıxışlarında Baydenin siyasətini kəskin tənqid edib, onun ABŞ-ı dağılmaq təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb. Tərəflər arasında əsas ziddiyyətlərdən biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə Baydenin rəhbərliyi dövründə başlayıb və ABŞ bu müharibədə Ukraynaya ciddi dəstək verir. Tramp isə bu müharibənin başlamasına görə Baydeni ittiham edərək prezident seçiləcəyi təqdirdə ən qısa zamanda onu dayandıracağını söyləyir.
Bu arada ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni debata dəvət edib. Bu barədə Tramp sosial hesabında yazıb. “Co Bayden və mənim ölkəmizin və xalqımızın rifahı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir. Ona görə də mən debat tələb edirəm. İstənilən vaxt və hər yerdə”, - deyə ABŞ-ın keçmiş lideri bildirib.
Qeyd edək ki, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün mübarizə aparan sabiq prezident Donald Tramp bu həftə “super çərşənbə axşamı” adlanan praymeriz və kokuslarda inamlı qələbə qazanıb. ABŞ mediası Virciniya, Şimali Karolina, Oklahoma, Tennessi, Men, Texas, Arkanzas, Alabama, Kolorado, Minnesota, Massaçusets, Texas və Kaliforniya ştatlarında Donald Trampın qələbə qazandığını iddia edir. NBC telekanalının hesablamalarına görə, praymerizlər nəzərə alınmaqla, Respublikaçılar Partiyasının prezidentliyə namizədinin müəyyən olunacağı qurultayında sabiq dövlət başçısına 911 nümayəndə səs verə bilər. Namizədliyinin qeydə alınması üçün ona 1215 səs lazımdır. Nikki Heylin namizədlikdən geri çəkilməsi isə Trampın qarşısında heç bir maneə qoymur.
Demokratlar Partiyasında isə qeyd etdiyimiz kimi prezident postu uğrunda yarışda hazırkı dövlət başçısı Cozef Baydenin rəqibi yoxdur. Məlumdur ki, ABŞ-da partiyadaxili seçkilər kokuslar və praymerizlər formasında keçirilir. İlkin seçkilər dövlət orqanları tərəfindən təşkil edilir, kokuslar isə partiya üzvlərinin təşəbbüsü ilə keçirilən qeyri-rəsmi görüşlərdir. Respublikaçıların praymerizləri iyunda başa çatacaq, prezidentliyə namizəd partiyanın iyulda keçiriləcək qurultayında bəlli olacaq. Demokratlar Partiyasının qurultayı isə avqust ayına təyin edilib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

