Rusiyadan xəbərdarlıq
15.03.2024 [10:50]
Moskva İrəvanda verilən qərarların Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermədiyini hesab edir
Ermənistanın Rusiyaya qarşı addımları rəsmi Moskvanın sərt reaksiyasına səbəb olur. İki ölkə arasında hazırkı gərginliyin əsas səbəblərindən biri erməni tərəfinin İrəvanda yerləşən Zvartnots hava limanından rus hərbçilərini çıxarmağa hazırlaşmasıdır. Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan sərhədçiləri avqustun 1-dən etibarən Zvartnots hava limanında tam xidmətə başlayacaqlar: “Burada söhbət erməni sərhədçilərinin hava limanında xidmətə başlamasından yox, yardımçı funksiyanı yerinə yetirən Rusiya sərhədçilərinin xidmətdən tamamilə kənarlaşdırılmasından gedir. Biz belə bir qərar verdiyimizi elan etmişdik və səhv etmirəmsə, rus hərbçilərinin ərazini tərk etməsi üçün son tarix kimi 2024-cü il avqustun 1-ni göstərmişik”. Paşinyanın sözlərinə görə, dövlət qurumları ötən müddət ərzində inkişaf edib: “Ermənistan Sərhəd Qoşunları ölkə ərazisindəki Rusiya Sərhəd Qoşunlarına məktubla müraciət edərək, onlara Zvartnots hava limanında xidmətlərinə və göstərilən köməyə görə təşəkkür edib. Ermənistan Sərhəd Xidməti artıq Rusiya tərəfinin köməyi olmadan Zvartnots hava limanında xidməti həyata keçirmək üçün kifayət qədər təcrübə, bacarıq və bilik əldə edib”. O, məsələni siyasi və geopolitik deyil, işgüzar proses saydığını söyləyib.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov İrəvandan məktub aldıqlarını təsdiqləyib və qeyd edib ki, məsələ ilə bağlı qurumlar arasında əlaqə davam edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə martın 13-də keçirdiyi brifinqdə Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması ilə bağlı diplomatik kanalları vasitəsilə ilə heç nə almadıqlarını bildirib. Onun sözlərinə görə, İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılacağı ilə bağlı Ermənistan tərəfindən qurum bildirişi gəlib. Bununla da, Ermənistan Sərhəd Xidmətinin məlum məktubuna işarə edib. “Hesab edirik ki, bütün qərarlar qurumlararası çalışmaların yekununda qəbul ediləcək. Xatırlatmaq istəyirəm ki, məlum elan rəsmi İrəvan tərəfindən qeyri-dost addımlar və bəyanatların fonunda edilib. Çətin ki, bu cür təşəbbüslər Ermənistanın və onun təhlükəsizliyinin maraqlarına cavab versin”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd etmək lazımdır ki, Rusiya hərbi bazası və sərhədçiləri Moskva ilə İrəvan arasında imzalanan müqaviləyə əsasən 2040-cı ilədək Ermənistanda qalmalıdır. Yeri gəlmişkən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı müasir sərhəd idarəsinə dörd sərhəd dəstəsi daxildir. Bunlar Gümrü, Armavir, Artaşat və Meğridə yerləşir. Onlar Ermənistanın İran və Türkiyə ilə sərhədini mühafizə edir. Həmçinin İrəvanda “Zvartnots” hava limanında erməni sərhədçiləri ilə birlikdə ayrıca “Ermənistan” sərhəd-buraxılış məntəqəsi, İranla sərhəddə gedən Aqarak avtomobil yolunun üzərində yerləşən keçid məntəqəsi fəaliyyət göstərir. Ermənistan vətəndaşlarına rusiyalı sərhədçilərlə birlikdə xidmət etməyə icazə verilib.
Xatırladaq ki, bütövlükdə Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, “C-300” zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb.
Əlbəttə ki, M. Zaxarovanın sözügedən açıqlaması da təsdiqləyir ki, rəsmi İrəvanın bu qərarı Moskva tərəfindən qeyri-dost addım hesab edilir. “Bu addım Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermir” fikri isə Paşinyan hakimiyyətinə xəbərdarlıq kimi qiymətləndirilə bilər. Moskva mesaj verir ki, Ermənistan Qərb ölkələrinə, xüsusilə Fransaya güvənməməlidir. Çünki onlar ermənilərin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yəqin ki, yaxın zamanlarda Moskva Paşinyan hakimiyyətini cəzalandırmaq üçün konkret addımlar atacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

