Dəri zədələnməsi qida allergiyasına səbəb ola bilər - ARAŞDIRMA
12.04.2025 [14:18]
Qida allergiyasının yaranma mexanizminə dair yeni araşdırma dərinin və bağırsağın əlaqəsini ortaya qoyur.
AZƏRTAC “MedicalXpress” portalına istinadla verir ki, qida allergiyasının yaranma səbəbləri elm adamlarını uzun müddətdir maraqlandırır. Xüsusilə də ekzema kimi xroniki dəri xəstəliklərinin qida allergiyası ilə əlaqəsi maraq doğurur.
ABŞ-da aparılan müşahidələr göstərir ki, uşaqlarda qida allergiyası ümumilikdə 8 faiz nisbətində rast gəlinirsə, ekzemalı uşaqlarda bu rəqəm 30 faizə qədər yüksəlir. Bu da göstərir ki, ekzema və qida allergiyası arasında mühüm bir əlaqə mövcuddur. Bəs bu əlaqənin kökündə nə dayanır?
Yel Tibb Məktəbinin (YSM) tədqiqatçıları bu sualın cavabını tapmaq məqsədilə apardıqları yeni araşdırmada fərqli bir yanaşma irəli sürüblər. “Science Immunology” jurnalında dərc edilən tədqiqatın nəticələrinə əsasən, siçanlarda müxtəlif növ dəri zədələri (məsələn, deşilmə və günəş yanığı) yeni qida allergiyalarının yaranmasına səbəb ola bilər. Bu nəticə immun sistemin dəridəki dəyişikliklərə necə reaksiya verdiyini və bu reaksiyanın digər orqanlara necə təsir etdiyini göstərmək baxımından olduqca əhəmiyyətlidir.
Tədqiqat zamanı elm adamları siçanlara yeni qida zülalları - xüsusilə yumurta ağı proteini olan ovalbumini - qidalanma borusu ilə yeridiblər. Bu zaman siçanların dərisində müxtəlif növ zədələnmələr mövcud olub. Məlum olub ki, əgər zülallar dəri zədələnməsindən bir neçə saat sonra verilsə, siçanlarda həmin zülala qarşı allergik reaksiya formalaşır. Əgər zülal daha gec – məsələn, ertəsi gün verilsə, belə bir reaksiya baş vermir. Tədqiqatın aparıcı müəllifi, hazırda Kaliforniya Universitetində çalışan Daniel Veyzman nəticəni belə izah edir: “Araşdırma orqanizmdə müxtəlif orqan sistemləri arasında daha sıx əlaqənin olduğunu göstərir. Dəri və bağırsaq kimi uzaq sistemlər belə, immun mexanizmləri vasitəsilə bir-birinə təsir edə bilir”.
Tədqiqatçılar ehtimal edirlər ki, allergiyanın yaranmasında əsas rol oynayan faktor yalnız allergenlərin dəridən keçməsi deyil, həm də dəri ilə bağırsaq arasında baş verən immun siqnal ötürülməsidir. Onlar allergiyanın formalaşmasında vacib rol oynayan sitokinlər – immun siqnallar – müəyyən ediblər və bu prosesdə iştirak edən konkret immun hüceyrələri öyrənmək üçün əlavə araşdırmalar aparırlar.
Dermatoloq və tədqiqatın həmmüəllifi dr. Anna Eynşteyn bildirir ki, bu tapıntılar dəri iltihabının sadəcə estetik və yerli problem olmadığını, eyni zamanda, daha geniş sistemik xəstəliklərin (məsələn, romatoid artrit və ya iltihablı bağırsaq xəstəlikləri) başlanğıc nöqtəsi ola biləcəyini sübut edir. “Dəri xəstəliklərini müalicə etmək sadəcə səthi simptomları yox etmək deyil, həm də orqanizm daxilində potensial sistemik problemlərin qarşısını almaqdır”, – deyə o, vurğulayıb.
Tədqiqat göstərir ki, dəridəki zədələnmələr və iltihab immun sistemi vasitəsilə bağırsaqda allergik cavablar yarada bilər. Bu, qida allergiyalarının yaranma səbəbləri haqqında mövcud nəzəriyyələrə yeni bir baxış bucağı təqdim edir və gələcəkdə daha effektiv müalicə üsullarının inkişafına təkan verə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

