Azərbaycan – Vyetnam əlaqələri dinamik inkişaf edir
12.05.2025 [19:26]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Bu siyasət də öz növbəsində Azərbaycanın nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu gün Azərbaycanın müttəfiqlik səviyyəsində münasibətlərinin sürətlə dərinləşdirdiyi dost ölkələrin sayı artmaqda davam edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi bu gün müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində özünün aydın ifadəsini tapır. Çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycan tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar əsasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir.
Azərbaycanın Asiya-Sakit okean dövlətləri ilə münasibətlərini genişləndirməsi xüsusi əhəmiyyət daşıyır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı, yeni dövlətlərarası müqavilələrin imzalanması çox mühüm hadisələrdəndir. Azərbaycan ilə Vyetnam hələ SSRİ dövründə yaxın dostluq münasibətlərinə malik olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb.
Bu ölkələr arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur.18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində iki ölkə arasındakı əlaqələrin mövcud durumundan geniş bəhs edib. Ölkə başçısı qeyd edib ki,Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. Statistik göstəriciləri şübhəsiz ki, nikbindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddi potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırdı.
Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək. Bu məqsədlə hər iki tərəf turizm sərgilərində iştirakın genişləndirilməsi və qarşılıqlı təşviqat kampaniyalarının təşkili imkanlarını nəzərdən keçirir. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir.Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur. İqtisadi, mədəni, humanitar və siyasi sahələrdə əməkdaşlıq iki ölkənin xalqları arasında daha sıx münasibətlərin qurulmasına və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına təkan verəcək. Bu proses, həmçinin gələcəkdə regionda və beynəlxalq arenada daha təsirli birgə fəaliyyət imkanlarının yaranmasına şərait yaradacaq.Hazırda hər iki dövlət arasında tarixi bu günü özündə əks etdirən münasibətlər dostluq, qarşılıqlı hörmət və davamlı strateji tərəfdaşlıq üzərində qurulub.Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonrakı dövrlərdə daha da inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

