Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
12.05.2025 [22:14]
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Vyetnam Kommunist Partiyası Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi, hökumətlərarası və siyasi dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Azərbaycan və Vyetnam arasında yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf edir. Xüsusilə 2014 və 2015-ci illərdə baş tutan qarşılıqlı yüksək səviyyəli dövlət səfərləri əməkdaşlığın yeni mərhələyə keçidinə təkan verib, iqtisadi-ticari münasibətlərin genişlənməsi məqsədilə Hökumətlərarası Komissiya yaradılıb. Azərbaycan və Vyetnam neft, energetika, tikinti, informasiya-kommunikasiya, nəqliyyat, turizm, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlıq edir.
Azərbaycan Vyetnam ilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə strateji baxımdan xüsusi əhəmiyyət verir. Qarşılıqlı iqtisadi münasibətlərin davamlı inkişafı hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib ki, bu da ikitərəfli iqtisadi münasibətlərin genişlənməsi və qarşılıqlı ticarət potensialının reallaşdırılması baxımından mühüm göstəricidir. 2025-ci ilin mart ayına olan məlumatlara əsasən isə Vyetnam ilə xarici ticarət dövriyyəsi 35,5 milyon ABŞ dolları olub, bu rəqəm ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib. Bu göstəricilər ticarət münasibətlərində müəyyən stabilliyi və artım tendensiyasını nümayiş etdirir. Bununla yanaşı, son beş il ərzində Azərbaycan ilə Vyetnam arasında xarici ticarət dövriyyəsinin 20,5 faiz artması əməkdaşlığın davamlı xarakter daşıdığını və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırdığını göstərir. Bu artım həmçinin ticarət strukturunda şaxələndirmənin və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin mümkünlüyünü önə çıxarır. Belə dinamika iki ölkə arasında yeni iqtisadi təşəbbüslərin və layihələrin reallaşdırılması baxımından da əlverişli perspektivlər vəd edir.
Qarşılıqlı turizm proqramlarının təşviqi, müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, eyni zamanda səhiyyə və ekologiya sahələrində birgə humanitar təşəbbüslərin həyata keçirilməsi Azərbaycan-Vyetnam əlaqələrinin çoxşaxəli inkişafında mühüm rol oynaya bilər.
İki ölkə arasında əməkdaşlığın daha bir strateji istiqaməti isə təhsil sahəsidir. Belə ki, 2024-2025-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 105 ölkədən 11 000-ə yaxın əcnəbi tələbə təhsil alır. Eyni zamanda, Prezidentin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 50-dək ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsil almaqdadır. Bu kontekstdə Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının dövlət təqaüd və qrant proqramlarında iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir və tərəflər arasında təhsil sahəsində əməkdaşlığın təşviqi baxımından dəyər yarada bilər. Bu cür imkanlar yalnız akademik mübadilənin genişlənməsinə deyil, həm də elmi tədqiqatların inkişafına və iki ölkənin gənc nəsilləri arasında şəxsi və peşəkar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq elmi-texniki biliklərin mübadiləsi və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

