Türkiyənin uğurları Azərbaycanı da sevindirir
14.05.2025 [10:32]
Mayın 13-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.
Əhliman Əmiraslanov qonaqları salamlayaraq bildirib ki, ölkə başçılarımız Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.
Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.
Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışıb. O, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib.
Şamil Ayrım PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlasının sona çatdığını qeyd edib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.
Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA universitetində keçirdikləri görüşdən və universitetlə tanışlıqdan məmnunluqla danışıblar, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələbə mübadiləsinin vacibliyini qeyd ediblər.
Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, deputatlardan Əziz Ələkbərov, Qaya Məmmədov, Azər Allahverənov və digər rəsmi şəxslər iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01

