Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

25.05.2026 [12:01]

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.

Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Sonda Leyla Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31