Azərbaycan ilə Vyetnam bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər
14.05.2025 [15:29]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Bu gün Azərbaycan Vyetnamla əməkdaşlıq əlaqələrini də strateji münasibətlər səviyyəsinə çıxarmağı hədəfləyib. Bu baxımdan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın May ayının 7-də Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdır. Onların arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Bu sənədin əhəmiyyətini xüsusi vurğulayan cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bundan başqa imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə anlaşma memorandumları da vardır. Bu da onu göstərir ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində çox ciddi addım atılmışdır.
Birgə səylər nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı yaradılıb. Həmçinin energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcək. Bu gün əməkdaşlıq daha çox ticarət formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və hər iki ölkənin rəhbərləri tərəfindən göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.
Ölkə rəhbərlərinin keçirdikləri görüşlər zamanı bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə bərpaolunan enerji qazandıracaq. Vyetnam şirkətləri də bu layihələrə investisiya qoymağa dəvət edildilər. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu diqqətə çatdırıldı.
Vacib məqamlardan biri budur ki, ölkələrimizin beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir. Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərirlər və bu təşkilatın daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Azərbaycan və Vyetnam arasında beynəlxalq hüququn aliliyi xüsusunda da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Bütün bu məsələlərdə Azərbaycan və Vyetnam vahid mövqedən çıxış edir. Bu isə, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından son dərəcə mühüm amildir.
Xəbər lenti
Hamısına baxSosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01

