Qarabağ və Şərqi Zəngəzura yeni həyat gəlir
14.05.2025 [16:46]
Ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür.
Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa xalqımızın qürur yeri və milli kimliyimizin ayrılmaz parçasıdır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunur. İndiyədək Şuşaya 376 ailə - 1409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib.
Onu da qeyd edək ki, Xocalı yaddaşın və qürurun ünvanıdır. Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının səfəri zamanı burada "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. Artıq insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalının yenidən qurulması Azərbaycan xalqının tarixinə sahib çıxmasının, eyni zamanda gələcəyə nikbinliklə baxmasının bariz nümunəsidir. Bir zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Ağdam gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək. İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir. Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə cənab Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı görüşdə Ağdam sakinlərinə növbəti şad xəbəri də verdi: Rayonun Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır və yaxın aylarda orada da həyat qaynayacaq. Ölkə başçımız rayona səfəri çərçivəsində, həmçinin Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur təkcə xatirələrin yox, həm də gələcəyin, inkişafın və rifahın rəmzinə çevrilir. Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb.
Ən əsası, ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərimiz bu gün sürətlə dəyişir, dirçəlir və inkişaf edir. Yeni şəhərsalma layihələri, müasir yaşayış kompleksləri, mədəni, sosial və iqtisadi infrastruktur obyektləri, abadlaşdırılmış park və ictimai məkanlar bölgədə həyatın tam mənada bərpa olunduğunun göstəricisidir. Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas hədəf keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda həyat yenidən qaynayır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09

