Avropa Şurasının sessiyasında Azərbaycanın sülh təşəbbüslərindən danışılıb
14.05.2025 [18:25]
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinin mayın 13-14-də Lüksemburq şəhərində keçirilmiş 134-cü sessiyasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, sessiyada çıxışı zamanı nazir müavini cari ilin mart ayında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını diqqətə çatdırıb. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməli olduğu, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv edilməsinin zəruriliyi vurğulanıb.
Elnur Məmmədov Azərbaycanın iki ölkə arasında normallaşma prosesi ilə əlaqəli bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib.
Nazir müavini çıxışında 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyası tərəfindən təsdiq edilməməsinin hüquqi baxımdan tamamilə əsassız olduğunu və 2019-cu ildə təşkilatın Nazirlər Komitəsinin qəbul etdiyi qərarda əksini tapmış “bütün üzv dövlətlər bərabər əsasda Avropa Şurasının iki nizamnamə orqanında iştirak etməlidir” müddəası ilə ziddiyyət təşkil etdiyini bildirib.
O, parlamentlərarası dialoq və əməkdaşlıq platforması rolunu həyata keçirməli olan Assambleyada Azərbaycanın iştirakını qeyd-şərtsiz bərpa etmək məqsədilə vəziyyətin tezliklə həll edilməsinin zəruri olduğunu vurğulayıb.
Mayın 14-də nazir müavini Elnur Məmmədov, eləcə də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl Oflaherti və təşkilatın İnsan hüquqları və qanunun aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxSosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01

