/ / Vyetnam-Azərbaycan münasibətləri dostluq və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir
Vyetnam-Azərbaycan münasibətləri dostluq və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir
14.05.2025 [19:20]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri beynəlxalq əlaqələrin inkişafı və bu çərçivədə dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Bu, dövlətimizin başçısının 22 il ərzində atdığı praqmatik addımlar və müəyyən etdiyi aydın hədəflər nəticəsində mümkün olmuşdur. Ölkəmizdə milli maraqlarımızın qorunmasına yönəlmiş uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət həyata keçirilir.
Dövlətimizin xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Bu baxımdan mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri də bunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edib. Bu bəyanat Azərbaycan-Vyetnam əlaqələrinin dərinləşdirilməsi, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirib.
Azərbaycan və Vyetnamı birləşdirən dostluq münasibətləri uzun illərə söykənir və bu münasibətlər SSRİ dövründən başlayaraq daim qarşılıqlı anlayış və dəstək ruhunda inkişaf edib. Dövlət başçısı öz bəyanatında cənab To Lamın Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əlamətdar hadisə olduğunu vurğulamış, ölkələrimiz arasında siyasi dialoqun möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün etibarlı zəmin yaradıb.
Azərbaycan Prezidenti qeyd edib ki, bugünkü danışıqlar zamanı enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret razılaşmalar əldə olunub. İkitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti fəallaşdırılacaq və yeni investisiya imkanlarının araşdırılması üzrə birgə işçi qruplar yaradılacaqdır.
Xüsusi olaraq dövlətimizin başçısı Azərbaycanın “Yaşıl Enerji” strategiyasına toxunaraq Vyetnamın bu sahədə təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyini qeyd etdi. İqlim dəyişikliklərinə qarşı birgə mübarizə, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələləri də tərəflərin əsas müzakirə mövzuları sırasında yer alıb.
Nəticə etibarilə diplomatik münasibətlərin 30 illiyi ərəfəsində baş tutan bu səfər ölkələrimizin qarşılıqlı etimada əsaslanan tərəfdaşlığının nə qədər dərin olduğunu bir daha təsdiq edib.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53

