249 yaşlı müstəqillik...
04.07.2025 [07:52]
ABŞ milli bayramının maraqlı tarixçəsi
Bu gün Amerika dövlətinin yaradılması ilə əlaqədar ABŞ-ın əsas milli bayramı - Müstəqillik Günü qeyd olunur. Bayramın təməli 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqillik əldə etməsi ilə qoyulub. Əksər amerikalılar bu bayramı sadəcə tarixinə görə “4 iyul bayramı” adlandırırlar. Bayramın tarixi isə əsrlər öncəyə gedib çıxır...
İstiqlaliyyət müharibəsi və onun nəticəsi
1775-ci ildə 13 ingilis koloniyasında 2 milyon 500 min adam yaşayırdı. Şimal müstəmləkələrində fermer təsərrüfatı, sənaye istehsalı inkişaf edir, nüfuzlu burjuaziya təbəqəsi formalaşırdı. Cənub müstəmləkələrində isə iri torpaq sahibləri olan plantatorlar ağalıq edirdilər. Koloniyalar kapitalist qaydaları əsasında yaradılsa da, ingilis kralı və torpaq aristokratiyası burada feodal qaydaları tətbiq etməyə çalışırdılar. 1763-cü ildə verilmiş fərmana görə, kolonistlərə Qərbə tərəf köçmək qadağan edilirdi. İngiltərə parlamentinin qəbul etdiyi Dönər Pul Qanununa görə, bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi olmaq hüququndan məhrum edilirdi. Bununla barışmayan müstəmləkələr 1765-ci ildə öz nümayəndələrini Nyu-Yorka qurultaya göndərdilər. Konqres Britaniyadan gətirilən bütün malları boykot elan etdi. Konqresin qəbul etdiyi qətnaməyə görə İngiltərə parlamenti müstəmləkələrin razılığı olmadan onlara vergi qoya bilməzdi. Bundan qorxuya düşən Britaniya parlamenti Gerb rüsumunu ləğv etdi.
1775-ci ilin mayında Filadelfiyada bütün müstəmləkələrin nümayəndələrinin İkinci Kontinental Konqresinin açılışı oldu. Konqres İngiltərə ilə bütün əlaqələri kəsməyi qərara aldı və partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi. Konqres Virciniya plantatoru Corc Vaşinqtonu bu ordunun baş komandanı təyin etdi. Bu zaman Şimali Karolinada loyalistlər öz malikanələrindən qovuldular. Beləliklə, 1776-cı il iyulun 4-də Konqres Filadelfiyada İstiqlaliyyət Bəyannaməsini qəbul etdi. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verdi.
İstiqlaliyyət Bəyannaməsini Amerika inqilabının görkəmli xadimi Tomas Cefferson hazırlamışdı. Bəyannamədə göstərilirdi ki, bütün insanlar xalqın zülmkarları devirmək və öz hökumətini təsis etmək hüququ var. Bununla da ilk dəfə olaraq xalq hakimiyyətin mənbəyi elan edildi.
Amerikalılar bayramı necə qeyd edirlər?
İyulun 4-də amerikalılar əsas bayramlarını ənənəvi paradlar, pikniklər, soyuq pivə və təbii ki, atəşfəşanlıqla qeyd edirlər. Pirotexnika bu bayramı xüsusilə təhlükəli edir. Adətən, bu səbəbdən 10 mindən çox insan təcili yardım bölmələrinə düşür. Buna baxmayaraq, atəşfəşanlıq 249 il bundan əvvəl baş verən hadisələrə əsaslanan Müstəqillik Gününün əsasını təşkil edir.
4 iyul tarixindən imtina edən yeganə prezident...
1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib.
Adams həyat yoldaşı Ebiqeyla ünvanlandığı 3 iyul 1776-cı il tarixli məktubda yazıb ki, Amerikanın müstəqilliyi “bu andan və həmişəlik bu qitənin bir tərəfindən digər tərəfinə qədər təntənəli şəkildə paradlar, tamaşalar, oyunlar, idman yarışları, silah yaylımları, zənglər, tonqallar və çıraqbanlıqla qeyd olunmalıdır”. Pirotexnik şoular lap başlanğıcdan qurucu lider Con Adamsın əvvəlcədən təyin etdiyi kimi, Müstəqillik Gününün qeyd edilməsinin mühüm hissəsi olub.
Bununla belə, Adams 4 iyul - ölkənin təşəkkülü gününü qeyd etməkdən imtina edən yeganə ABŞ prezidenti olub. Nəyə görə? Ona görə ki, o, 2 iyul tarixini həqiqi Müstəqillik Günü hesab edirdi, çünki məhz 1776-cı il iyulun 2-də Kontinental Konqres Müstəqillik Bəyannaməsinə səs verib, hərçənd bu sənəd iki gün sonra qəbul olunub.
Adams o qədər israrlı olub ki, hətta ölkənin ikinci prezidenti olaraq, şənliklərə və digər tədbirlərə dəvətləri rədd edib.
Eyni gündə vəfat edən 3 prezident...
Amerika liderlərindən üçü iyulun 4-də dünyasını dəyişib. Bunların ikisi-Tomas Cefferson və Con Adams Müstəqillik Bəyannaməsini hazırlamış “Millət Ataları”dır. Nə qədər qəribə görünsə də iki keçmiş prezident aralarında bir neçə saat fərqlə dünyasını dəyişib. 4 iyul buna görə həm də ABŞ tarixində mühüm rol oynamış Tomas Cefferson, Benjamin Franklin və Con Adams kimi görkəmli şəxsiyyətlərin yad edildiyi gündür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17

