Birlikdə yaşamaq fəlsəfəsi
30.04.2026 [10:32]
Dinlərin və mədəniyyətlərin qovşağında Azərbaycan reallığı...
Azərbaycan çoxəsrlik tarixə malik, müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin əsrlər boyu yanaşı yaşadığı nadir coğrafiyalardan biridir. Bu baxımdan ölkəmizdə dini və milli tolerantlıq təkcə müasir dövrün şüarı kimi deyil, həm də tarixin dərin qatlarından gələn ictimai-mədəni bir ənənə kimi formalaşıb. Bu ənənənin kökləri Qafqaz Albaniyası dövrünə qədər uzanır. Burada müxtəlif tayfalar, inanclar və mədəni sistemlər bir-birinə qarışmadan, lakin bir-birini inkar etmədən uzun müddət birgə mövcud olub. Sonrakı əsrlərdə isə İslamın yayılması ilə yanaşı, xristian və yəhudi icmalarının da bölgədə yaşaması bu çoxrəngli sosial strukturun daha da dərinləşməsinə səbəb olub.
Xüsusilə, Azərbaycan ərazisinin tarixi ticarət yollarının üzərində yerləşməsi, Şərq ilə Qərb arasında körpü rolunu oynaması, müxtəlif imperiyaların və mədəniyyətlərin burada qarşılaşması nəticəsində insanlarda fərqliliyə qarşı dözümlülük və uyğunlaşma bacarığının formalaşmasına təkan olub. Bu isə sonradan xalqımızın şüurunda “birlikdə yaşamaq mədəniyyəti” kimi dərin kök salıb. Orta əsrlərdən başlayaraq Şirvanşahlar, Səfəvilər və digər dövlətlər dövründə müxtəlif dini icmaların müəyyən muxtariyyət çərçivəsində öz adət-ənənələrini qoruyub saxlaması da bu tolerantlıq ənənəsinin davamlılığını göstərən mühüm faktorlardan biri olub.
Müasir Azərbaycan Respublikasında dini və milli tolerantlıq artıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu siyasət təkcə hüquqi sənədlərdə deyil, həm də gündəlik ictimai həyatda öz əksini tapır. Ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst fəaliyyəti, məscidlərin, kilsələrin və sinaqoqların bərabər şəkildə qorunması və dövlət tərəfindən dəstəklənməsi göz önündədir. Eyni zamanda müxtəlif etnik qrupların - ləzgilər, talışlar, avarlar, tatlar, udinlər və digərlərinin öz dillərini, mədəniyyətlərini və adət-ənənələrini yaşatmaları üçün yaradılan imkanlar bu sahədə real praktikanın göstəricisidir.
Tolerantlıq sadəcə sosial davranış qaydası deyil
Mövzunu “Yeni Azərbaycan”a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, dini mətnlərin dərin qatlarında insanın fərqli dillərdə, fərqli rənglərdə, fərqli mədəniyyətlərdə yaradılması heç də təsadüfi bir təsvir deyil, əksinə, bir-birini tanıma, anlama və kamilləşmə prosesinin başlanğıcı kimi təqdim olunur: “Bu baxımdan tolerantlıq sadəcə sosial davranış qaydası deyil, həm də mənəvi bir zərurət, imanın kamilləşməsinə aparan bir əxlaqi yüksəliş yolu kimi dəyərləndirilir.
Bu yanaşmada milli tolerantlıq anlayışı da yalnız müxtəlif millətlərin yan-yana yaşamasına dözümlülük göstərmək deyil, əksinə, hər bir millətin öz mədəni kimliyini qoruyaraq digərinin haqqına, dəyərinə və varlığına hörmət etməsi, onu öz varlığının zənginləşməsi üçün bir fürsət kimi görməsi deməkdir. Belə ki, ilahiyyat perspektivində insanın fərqliliyi bir qarşıdurma səbəbi deyil, İlahi sənətin rəngarəngliyinin təzahürü kimi qəbul edilir. Bu rəngarənglik düzgün anlaşıldıqda cəmiyyətdə həm mənəvi harmoniyanı, həm də ictimai sabitliyi gücləndirən əsas dayaqlardan birinə çevrilir”.
Mənəvi təkamülün ayrılmaz hissəsi
A.Hacıbəyli qeyd edib ki, millətlərarası münasibətlərin inkişaf etdirilməsi yalnız siyasi və ya iqtisadi zərurət kimi deyil, daha dərin bir mənəvi məsuliyyət kimi izah edilir: “Çünki insanlar arasında ədalət, qarşılıqlı hörmət və sülhün bərqərar olması ilahi ədalət anlayışının yer üzündəki əks-sədası kimi qəbul olunur. Bu kontekstdə hər bir fərdin, hər bir toplumun özünü üstün görmədən, digərini kiçiltmədən ünsiyyət qurması, dialoqa açıq olması və anlaşma mədəniyyətini inkişaf etdirməsi dini etikanın mühüm tələblərindən biri kimi təqdim edilir.
Nəticə olaraq belə bir mənzərə ortaya çıxır ki, dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin sağlam inkişafı yalnız sosial bir ehtiyac deyil, həm də insanın mənəvi təkamülünün ayrılmaz hissəsidir. Bu təkamül prosesi o zaman daha dərin və davamlı olur ki, insanlar bir-birini rəqib kimi deyil, eyni ilahi mənşədən gələn və eyni məqsədə - ədalətə, sülhə və mərhəmətə yönəlmiş yol yoldaşları kimi qəbul etməyi bacarsınlar”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

