İtaliyada sərxoş sürücülərin avtomobili bloklanır
05.07.2025 [12:46]
İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda müəyyən edilmiş spirt miqdarından asılı olacaq: 0,8-dən 1,5 q/l-ə qədər olduqda cihazdan iki il istifadə olunmalıdır. Əgər qanda spirt miqdarı 1,5 q/l-dən çox olarsa, minimum üç il müddətində istifadə məcburidir. Tibbi komissiya daha uzun müddət də təyin edə bilər.
Qaydaların pozulmasına görə nəzərdə tutulan cəzalar xeyli yüksəkdir: 543 avrodan 2 min avroya qədər cərimə və sürücülük hüququnun altı aya qədər (minimum bir ay) məhdudlaşdırılması. Qurğunun dəyişdirilməsi, saxtalaşdırılması və ya tamamilə quraşdırılmaması hallarında cərimələr ikiqat artır. Əgər alkoqol kilidi ilə təmin edilmiş avtomobili idarə edən sürücü yenidən sərxoş vəziyyətdə yaxalansa, cərimə yenidən ikiqat artırılır. Əgər nəticədə yol-nəqliyyat hadisəsi baş verərsə, cərimənin məbləği daha bir üçüncü hissə artır.
İtaliya Avtomexaniklər Federasiyası (Federcarrozzieri) ölkədə istismarda olan köhnə avtomobil parkının, yəni yolların 22%-ni təşkil edən 19 ildən artıq yaşı olan avtomobillərin bu qurğu ilə texniki cəhətdən uyğunlaşmasının çətin olacağına diqqət yönəldib. Bu isə alkoqol kilidinin geniş şəkildə tətbiqində ciddi maneə yarada bilər.
Xəbər lenti
Hamısına baxHadisə
11 Aprel 17:49
Maraqlı
11 Aprel 17:30
Dünya
11 Aprel 16:33
Maraqlı
11 Aprel 16:22
Dünya
11 Aprel 15:53
Dünya
11 Aprel 15:11
Dünya
11 Aprel 14:39
Dünya
11 Aprel 14:15
Dünya
11 Aprel 13:46
Dünya
11 Aprel 13:28
Gündəm
11 Aprel 12:50
Siyasət
11 Aprel 12:33
Gündəm
11 Aprel 12:18
İqtisadiyyat
11 Aprel 11:56
Gündəm
11 Aprel 11:30
İqtisadiyyat
11 Aprel 11:14
Gündəm
11 Aprel 10:49
Mədəniyyət
11 Aprel 10:32
Analitik
11 Aprel 10:15
Ədəbiyyat
11 Aprel 09:58
Analitik
11 Aprel 09:30
Sosial
11 Aprel 09:13
Ədəbiyyat
11 Aprel 08:51
Ədəbiyyat
11 Aprel 08:39
Dünya
11 Aprel 07:15
Dünya
11 Aprel 07:10
Dünya
10 Aprel 23:45
Dünya
10 Aprel 23:31
İqtisadiyyat
10 Aprel 23:17
Dünya
10 Aprel 22:56
Diaspor
10 Aprel 22:20
Dünya
10 Aprel 22:06
İqtisadiyyat
10 Aprel 21:45
Dünya
10 Aprel 21:32
Dünya
10 Aprel 21:19
Dünya
10 Aprel 20:53
İdman
10 Aprel 20:25
Dünya
10 Aprel 20:09
Dünya
10 Aprel 19:42
Dünya
10 Aprel 19:30
Dünya
10 Aprel 19:18
Müsahibə
10 Aprel 18:25
İqtisadiyyat
10 Aprel 18:05
Sosial
10 Aprel 17:53
Sosial
10 Aprel 17:52
Maraqlı
10 Aprel 17:32
Siyasət
10 Aprel 17:09
Dünya
10 Aprel 16:21
MEDİA
10 Aprel 15:52
Gündəm
10 Aprel 15:23
Sosial
10 Aprel 14:53
Sosial
10 Aprel 14:52
Sosial
10 Aprel 14:06
Siyasət
10 Aprel 14:04
Hadisə
10 Aprel 13:37
İqtisadiyyat
10 Aprel 13:09
YAP xəbərləri
10 Aprel 13:03
İqtisadiyyat
10 Aprel 13:01
Siyasət
10 Aprel 13:00
Xəbər lenti
10 Aprel 12:56
Mədəniyyət
10 Aprel 12:37
Gündəm
10 Aprel 12:19
Elm
10 Aprel 12:12
Siyasət
10 Aprel 12:11
Gündəm
10 Aprel 11:52
Elm
10 Aprel 11:48
Gündəm
10 Aprel 11:37
Sosial
10 Aprel 11:15
Elm
10 Aprel 11:15
Elm
10 Aprel 11:14

