Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveç gömrüyü heroin və partlayıcı maddələrin müsadirə edilməsi üzrə rekorda imza atıb

İsveç gömrüyü heroin və partlayıcı maddələrin müsadirə edilməsi üzrə rekorda imza atıb

05.07.2025 [17:26]

İsveç Gömrük Xidməti ilin birinci yarısının nəticələrinə yekun vurub: hesabat dövründə rekord həcmdə - 106 kiloqram heroin müsadirə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə min dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, müsadirə edilmiş narkotik vasitələrin ümumi həcmi 5,5 tona çatıb.

Bundan əlavə, ələ keçirilən partlayıcı maddələrin həcmi demək olar ki, üç dəfə artaraq 15 min ədəddən 42 min ədədə çatıb. Onların əksəriyyəti cinayətkar qrupların işlətdiyi kustar üsulla hazırlanan vasitələrdir.

Sağlamlığa ciddi təhlükə yaradan yarısintetik kannabinoidlərin kəskin artması da qeyd olunub. Gömrük bu tendensiyanı narahatedici hesab edir.

Gömrük Xidmətinin rəhbəri Yohan Nurrman müsadirələrin artmasını silsilə partlayışlardan sonra gücləndirilmiş tədbirlərlə izah edib. Eyni zamanda, avtomobillər vasitəsilə az partiyalarla gətirildikdə aşkarlanması çətin olduğundan döyüş qumbaralarının müsadirəsi hallarının sayı az olaraq qalır.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Gündəm

3-cü iclas...

11 Aprel 11:30

Gündəm

Analitik

Diqqət İslamabada!

11 Aprel 10:15

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

11 Aprel 08:39  

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30