Azərbaycan beynəlxalq münasibətlərdə söz sahibidir
02.09.2025 [21:33]
Hər bir xalqı dünyada məşhurlaşdıran təkcə onun zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan lider şəxsiyyətləridir. Məhz belə şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Onun hər bir çıxışı, müsahibəsi həm ölkəmiz, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycan reallıqlarının izahı və onların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, ölkəmiz həm region dövlətləri, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda sabitlik və inkişaf amilinə çevrilib. Onun sözləri, əslində, Azərbaycanın həm İslam dünyasında, həm də Qərb və Şərq arasında körpü rolu oynadığını bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış həmin tarixi razılaşmaya aid ilk suala cavabında xüsusi qeyd etdi: “ Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”.
Müsahibənin ən mühüm məqamlarından biri cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi idi. Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Müsahibə zamanı dövlət başçısı cənab İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanın hər zaman sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər açacaq, türk dünyasını birləşdirəcək və Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdıracaq. Bu, Azərbaycanın təkcə enerji layihələri ilə deyil, həm də nəqliyyat və logistika sahəsində qlobal mərkəzə çevrilmək siyasətinin davamıdır.
Sualları ətraflı şəkildə cavablandıran Prezident İlham Əliyev türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğuladı. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində Azərbaycan və qardaş Türkiyənin göstərdikləri səylər göz qabağındadır. Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə həm türk dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafına, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına xidmət edən addımları bu ölkələr tərəfindən yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bütün dövrlər üçün aktuallığını qoruyan “Biz birlikdə güclüyük!” çağırışına bu mühüm reallıq da əlavə edildi ki, bizim ailəmiz türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Artıq reallığa çevrilməsi qaçılmaz olan Zəngəzur dəhlizi türk dünyasının birliyini daha da möhkəmləndirəcək.
Prezident İlham Əliyevin Əl-Ərəbiyyə televiziyasına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmləndirdi. Dövlət başçımız həm diplomatik ustalığını, həm də strateji baxışını nümayiş etdirərək, Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş olduğunu ifadə etdi və bir daha Azərbaycanın regional güc statusunu təsdiqlədi.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11

YAP xəbərləri
11 Sentyabr 16:07
