Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İmişli rayon təşkilatında “Mütaliə işığında düşüncələr” adlı tədbir keçirilib

YAP İmişli rayon təşkilatında “Mütaliə işığında düşüncələr” adlı tədbir keçirilib

30.06.2026 [16:52]


YAP İmişli rayon təşkilatında “Mütaliə işığında düşüncələr” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Füzuli Dövlət Dram Teatrının Yaradıcı Şöbəsinin müdiri, rejissor Nicat Mirzəzadə, YARAT” Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru Ziya Rzayev və fəal partiya üzvləri iştirak edib. 

Tədbirin moderatoru İmişli rayon F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyim Şirinli tədbir iştirakçılarını salamlayaraq tədbir barədə ətraflı məlumat verib. 

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, mütaliə insanın dünyagörüşünün formalaşmasında, intellektual inkişafında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. O qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin hərtərəfli inkişafına, elmə, təhsilə və mütaliə mədəniyyətinin təşviqinə xüsusi diqqət göstərilir. Bu baxımdan belə tədbirlərin keçirilməsi gənclərin kitaba marağının artırılması, onların müasir və milli ədəbiyyata daha yaxından bələd olmaları baxımından böyük əhəmiyyət daşıyır.  

Rejissor Nicat Mirzəzadə çıxışında teatrın nəfəsinin kitabın səhifələrindən başladığını vurğulayaraq hər böyük tamaşanın ilk pərdəsinin səhnədən əvvəl mütaliədə qurulduğunu qeyd edib. Bugünkü sürətli informasiya dövründə kitab oxumaq düşünməyə vaxt ayırmaq deməkdir. Düşünən insan isə həm daha yaxşı sənətkar, həm də daha yaxşı vətəndaş olur. Buna görə də mütaliə teatrın ayrılmaz hissəsidir. Səhnənin işığı kitabın işığı ilə qidalananda tamaşa insanların qəlbində yaşayır.

Tədbirdə iştirakçılar oxuduqları əsərlər, ədəbiyyatın insan həyatına təsiri, mütaliə mədəniyyətinin təşviqi və kitabın cəmiyyətin inkişafındakı rolu ilə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı klassik və müasir ədəbiyyat nümunələri ətrafında maraqlı mülahizələr səsləndirilib, mütaliənin yaradıcı düşüncənin formalaşmasına və mənəvi inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31