/ / Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir
Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir
30.06.2026 [11:55]
Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Bu 2024-cü illə müqayisədə 2,7 faiz real artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatıb. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz bəndi çoxdur.
“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisinin 57,4 faizə çatdırılması nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu, proqnozla müqayisədə 7,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi çoxdur. Bildirmək istərdim ki, ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır. Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”, - deyə S.Babayev qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

