2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib
30.06.2026 [11:57]
Bank hesablarına köçürülən vəsaitlərin əksər hissəsini müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin, qeyri hökumət təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi, aqrar sahədə subsidiyaların ödənilməsi üzrə xərclər təşkil edib.
AZƏRTAC xəbər verir ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı ötən il ayrılmış bir qisim vəsaitin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nazir, həmçinin qeyd edib: “Qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində xərclənməyən hissəsi növbəti illərdə xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Publik hüquqi şəxslərlə bağlı isə qeyd edilməlidir ki, ötən ilin avqust ayınadək həmin təşkilatların maliyyələşdirilməsi üçün vəsaitlər “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”na əsasən Maliyyə Nazirliyi tərəfindən onların bank hesablarına köçürülürdü. Lakin, həmin Qaydaya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə dəyişikliklər edilib və nəticədə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası avqust ayından etibarən yalnız xəzinə vasitəsilə həyata keçirilib. Onu da qeyd edim ki, ölkə başçısının 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi tapşırılıb. Tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

