İran sərt sanksiyalarla üz-üzə
01.10.2025 [11:24]
İranın nüvə proqramı ətrafında gərginlik yenidən pik həddə çatıb. Xəbər verildiyi kimi, 12 günlük müharibədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) və İsrailin silahlı qüvvələri İranın strateji nüvə obyektlərinə dağıdıcı zərbələr endirib. Aparılan əməliyyatların səmərəliliyi barədə İrandan və Qərb dairələrindən gələn məlumatlar bir-birini təkzib etsə də, qısamüddətli müharibədən sonra yaranan nisbi sakitlik fonunda münasibətlərin danışıqlar yolu ilə nizama salınacağına müəyyən ümidlər baş qaldırmışdı. Ancaq son günlərdə cərəyan edən proseslər İranın nüvə proqramı ətrafında bu ölkə ilə Qərb bloku arasında münasibətlərin daha kəskin fazaya keçdiyi qənaətini ifadə etməyə əsas verir. Hətta İrana yeni zərbələr endiriləcəyi barədə ehtimallar da hər ötən gün güclənir.
Nüvə danışıqlarının uğursuzluğu
İran hakimiyyəti ölkənin nüvə proqramı ilə bağlı aparılan danışıqları ədalətli hesab etmir, bunu qərəzli və təzyiq vasitəsi kimi dəyərləndirir. Son günlərdə qonşu ölkənin siyasi rəhbərliyi İranın nüvə proqramını dinc məqsədlərlə inkişaf etdirməkdə israrlı olduğunu dəfələrlə birmənalı şəkildə bəyan edib. Lakin Qərb dairələrində rəsmi Tehranın dinc nüvə proqramından bəhs etməsi növbəti manipulyasiya kimi dəyərləndirilir və qəbuledilməz sayılır. Artan belə gərginlik fonunda İrana qarşı sərt sanksiyalar yenidən geri qayıdır. Sentyabrın 28-dən etibarən BMT-nin İrana qarşı genişmiqyaslı sanksiyaları son on ildə ilk dəfə olaraq bərpa edilib. Bildirildiyi kimi, buna səbəb nüvə danışıqlarının uğursuzluğu olub.
Nəticədə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosu və digər sanksiyalar bərpa olunub. Sanksiyalar İranın nüvə və ballistik raket proqramları ilə bağlı əməliyyatları qadağan edir. Eyni zamanda, İran neftinin ixrac həcminə məhdudiyyət tətbiq olunur.
ABŞ Dövlət Departamenti İrana qarşı sanksiyaların bərpası ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Vaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə ümid edir: “ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran gecikmədən və ya uzatmadan xoş niyyətlə aparılan birbaşa danışıqlara razı olmalıdır”.
Analoji addımı Avropa İttifaqı (Aİ) da atıb. Aİ bəyanat yayaraq İrana qarşı 2015-ci ildən dayandırılmış sanksiyaların yenidən bərpa olunduğunu açıqlayıb. Qərar, ABŞ-ın “snapback” mexanizmini işə salmasından sonra verilib və Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə razılaşmaların pozulması ilə əlaqələndirilib.
Aİ-nin rəsmi saytında dərc edilən sənəddə vurğulanır ki, sanksiyalar İranın nüvə silahının yayılmasına dair fəaliyyəti ilə bağlı narahatlıqlar fonunda bərpa olunub. Bura 2006-cı ildən BMT Təhlükəsizlik Şurası qətnamələri ilə tətbiq olunmuş tədbirlər daxildir.
Maliyyə sahəsində İran Mərkəzi Bankı və bir sıra böyük kommersiya banklarının aktivləri dondurulub. Avropa limanlarında İran yük təyyarələrinin fəaliyyətinə məhdudiyyətlər, o cümlədən təyyarə və gəmilərə texniki xidmət qadağası da sanksiya paketinə daxil edilib.
Aİ sanksiyaların bərpasını Tehranın nüvə sazişi öhdəliklərinə qayıtmaq istiqamətində konkret addım atmadığı ilə əsaslandırıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas yaydığı bəyanatında bildirib ki, son ay ərzində Tehranla intensiv diplomatik əlaqələr aparılıb, lakin bu əlaqələr 2231 saylı qətnamənin müddətinin uzadılması üçün şərait yaratmayıb.
Nəticədə, İranın Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərinə ciddi əməl etməməsi barədə BMT Təhlükəsizlik Şurasına məlumat verən ölkələr - Fransa, Almaniya və Böyük Britaniya tərəfindən “snapback” mexanizminin işə salınması ilə sanksiyalar rejimi həm BMT, həm də Aİ səviyyəsində yenidən qüvvəyə minir. “Bu tədbirlər silah embarqosunu, maliyyə və ixrac məhdudiyyətlərini, İranın nüvə və müdafiə sektoruna beynəlxalq investisiyaların qadağan edilməsini, eləcə də İran rəsmiləri və mütəxəssisləri üçün səyahət məhdudiyyətlərini nəzərdə tutur”, - deyə Aİ rəsmisi vurğulayıb. Bununla belə, Kallas əlavə edib ki, sanksiyaların bərpası diplomatiya sonunun başlanğıcı olmamalıdır. Brüssel danışıqların davam etdirilməsində israr edir.
Sanksiyaların bərpası İrana hansı təsirləri göstərə bilər?
BMT və Aİ-nin sanksiyaları bərpa etməsi fonunda rəsmi Tehran yenə də israrlı mövqeyində qalmaqda davam edir. “ABŞ və Aİ ölkələri BMT-nin ləğv edilmiş sanksiyalarının bərpasının Tehrana təzyiq vasitəsinə çevriləcəyinə inanmaqda səhv edirlər”. Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik qeyd edib ki, rəsmi Tehran ölkəyə zərər vurmaq cəhdlərinə qətiyyətlə cavab verəcək: “Aİ və ABŞ diplomatiya və qarşılıqlı əlaqə üçün əlverişli atmosfer yaratmaq əvəzinə qarşıdurma və böhran yaratma yolunu seçiblər və yanlış olaraq inanırlar ki, BMT-nin ləğv edilmiş qətnamələrinin bərpasına əl atmaqla yeni təzyiq aləti əldə edəcəklər. Tehran öz hüquqlarını və milli maraqlarını qətiyyətlə müdafiə edəcək və İran xalqının mənafelərinin pozulmasına yönəlmiş istənilən hərəkətə qəti və layiqli cavab verəcək”.
Lakin rəsmi Tehran özünü nikbin göstərməyə çalışsa da, reallıqda vəziyyət fərqlidir. İran uzun illər ərzində ona qarşı tətbiq olunan sanksiyaların fəsadlarını yaşayıb. Xüsusilə də enerji daşıyıcılarının ixracına qoyulan məhdudiyyətlər ölkənin maliyyə vəziyyətini hədsiz dərəcədə ağırllaşdırıb. Sanksiyaların yenidən qüvvəyə minməsi İranı iqtisadi cəhətdən daha ağır duruma sala bilər. Yeri gəlmişkən, ölkədə bunun ilk əlamətləri milli valyutanın kəskin ucuzlaşmasında özünü büruzə verir. Verilən məlumatlara görə, sanksiyalarının bərpasından dərhal sonra İran rialı dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə enib. Qara bazarda 1 dollar 1.12 milyon riala satılıb. Bu, BMT və Aİ səviyyəsində sanksiyaların bərpasının İrana təsirinin ilk və çox ciddi siqnalıdır. Digər belə təsirlərin də özünü çox gözlətməyəcəyi tam realdır. Həmçinin yeni müharibənin qaçılmaz olduğu ehtimalı da gündəmə gəlib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

