Vətən müharibəsi şəhidlərinin anım tədbirləri keçirilib
03.10.2025 [17:15]
Vətən müharibəsi şəhidləri Əsgərli Tural Ələmdar oğlu və Adıgözəlov Cəmil Əli oğlunun ildönümü münasibətilə anım tədbirləri keçirilib.
İlk öncə şəhid Tural Əsgərlinin Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Sabunçu rayonu, Ramana Şəhidlər Xiyabanında şəhid Adıgözəlov Cəmil Əli oğlunun əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Əsgərli Tural 1993-cü il aprel ayının 20-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2010-2014 cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülüb. Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Oktyabr ayının 3-də Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olub. 2019-cu ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Sabunçu rayonu, Ramana qəsəbə qəbirstanlığında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, Suqovuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

