Azərbaycan elminin yeni mərhələsi
04.11.2025 [23:17]
Azərbaycanın iqtisadi uğurlarının davamlılığı təbii sərvətlərdən səmərəli istifadədən çox, elmin və texnologiyanın iqtisadi proseslərə inteqrasiyası ilə mümkündür. Son vaxtlar qeyri-neft sektorunun artıq milli iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsi də bunu bir daha sübut edir. Kənd təsərrüfatı, sənaye, turizm və informasiya texnologiyaları kimi sahələrin sürətli inkişafı dövlətin düzgün idarəçilik modelindən qaynaqlanır. Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında xüsusi yer alan ideya ondan ibarətdir ki, elmi araşdırmaların nəticələri bilavasitə istehsalatda tətbiq olunmalı, akademik potensial iqtisadi dinamikanı təmin edən əsas vasitəyə çevrilməlidir.
Bu gün ölkədə müşahidə olunan maliyyə sabitliyi və valyuta ehtiyatlarının artması Azərbaycan iqtisadiyyatının dayanıqlığının əsas göstəricisi kimi çıxış edir. Bu sabitlik həm makroiqtisadi idarəetmənin düzgünlüyünü, həm də iqtisadi islahatların səmərəsini əks etdirir. Dövlət başçısı qeyd etdi ki, son illər ərzində valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb və bu, ölkənin xarici təzyiqlərə qarşı iqtisadi müstəqilliyini təmin edir. Bununla yanaşı, bərpaolunan enerji layihələrinin miqyası da diqqəti cəlb edir. Azərbaycan artıq yaşıl enerji ixracatçısına çevrilmək yolundadır. Qaradağ, Naxçıvan və Xızı bölgələrində inşa edilən günəş və külək elektrik stansiyaları, Xəzər dənizində planlaşdırılan dəniz külək layihələri bu strategiyanın tərkib hissəsidir. Bu proses həm ekoloji tarazlığı qoruyur, həm də iqtisadi dayanıqlığın yeni mərhələsini formalaşdırır. Azərbaycan bu gün bərpaolunan enerji texnologiyalarını tətbiq edən, elmi innovasiyaları real iqtisadi mexanizmlərə çevirən bir ölkədir. Bu, dövlət başçısının uzaqgörən iqtisadi fəlsəfəsinin praktiki nəticəsidir.
Öz çıxışında cənab Prezident Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyat və sənaye infrastrukturunun yaradılması məsələsinə toxundu. Qeyd olundu ki, azad edilmiş torpaqlarda aparılan yenidənqurma prosesi sadəcə bərpa deyil, həm də elmi əsaslara söykənən yeni iqtisadi həyatın qurulmasıdır. Bu regionlarda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları elmi tədqiqatların, mühəndis yeniliklərinin və ekoloji texnologiyaların sintezini təcəssüm etdirir. Elm bu prosesdə təkcə müşahidəçi deyil, bilavasitə yaradıcılıq gücüdür. Dövlət başçısı alimlərin texnoloji və sənaye layihələrində fəal iştirakını vacib hesab edərək bildirdi ki, Azərbaycan elmi artıq iqtisadiyyatın ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Əminliklə demək olar ki, elm və iqtisadiyyatın vəhdəti gələcəyin əsas inkişaf meyli olacaq. Bu vəhdət yalnız iqtisadi nəticələr doğurmur, həm də cəmiyyətin intellektual səviyyəsini, idarəetmə mədəniyyətini və dövlətin strateji mövqeyini yüksəldir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17

