Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Formula 1 Braziliya Qran-Prisinin qalibi məlum olub

Formula 1 Braziliya Qran-Prisinin qalibi məlum olub

10.11.2025 [10:25]

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 Dünya Çempionatının 21-ci mərhələsi – Braziliya Qran-Prisində qalib gəlib.

AZƏRTAC xəbər verir ki, yarış San-Pauludakı “İnterlaqos” avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli, üçüncü yeri isə pit-leyndən start götürən “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.

Qələbə sayəsində Norris 390 xalla dünya çempionatının ümumi hesabında liderliyini möhkəmləndirib. Onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri 366 xalla ikinci, Ferstappen isə 341 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti mərhələ noyabrın 21-dən 23-dək Las Veqasdakı yarış trasında keçiriləcək.

Paylaş:
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30