Azərbaycan, Türkiyə, Pakistan qardaşlığı
09.11.2025 [20:31]
Hazırda dünyada yeni nizam formalaşmaqdadır və ölkələr arasında ciddi qütbləşmələr müşahidə edilir. Belə bir şəraitdə Azərbaycan - Türkiyə - Pakistan dostluğunun daha da möhkəmlənməsi hər üç ölkənin maraqlarına cavab verir. Dünyada ayrı-ayrı ölkələrin bu və ya digər platformalarda birləşmələrinə dair çoxlu sayda misallar sadalamaq mümkündür. Lakin bu formatların bir çoxu süni şəkildə yaradılır və onlar hansısa keçici maraqlar əsasında formalaşdığına görə səhnədən tez silinib çıxırlar. Azərbaycan-Türkiyə-Pakistan üçbucağına gəldikdə isə mənzərə tamam fərqlidir. Bu üç ölkə tarixən bir-birinə bağlı olub və zəngin milli-mənəvi dəyərlər bu gün üç ölkə arasında siyasi əlaqələrin təməlində dayanan çox mühüm amil qismində çıxış edir. Təsadüfi deyildir ki, Azərbaycan, Türkiyə və Pakistanın daha sıx münasibətlər qurmasına həm dövlətlər və liderlər güclü siyasi iradə nümayiş etdirirlər, həm də cəmiyyətlərdə buna böyük istək var.
Məmnunluq hissi ilə qeyd edə bilərik ki, hər üç ölkə uğurların, xoş günlərin sevincini bölüşməyə tələsdikləri kimi, çətin məqamlarda da bir-birinə dəstək olmağa çalışırlar. Bunu biz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi günlərində bir daha gördük. Türkiyə və Pakistan keçmiş Dağlıq Qarabağ probleminin lap əvvəlindən Azərbaaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəklərini bildiriblər, müxtəlif platformalarda ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini birmənalı şəkildə dəstəkləyiblər. Bu qardaşlıq dəstəyi respublikamızın qoşulduğu ədalətli müharibə günlərində daha da gücləndi. Belə ki, Türkiyə və Pakistan liderləri, digər yüksəksəviyyəli rəsmiləri müharibənin ilk günlərindən ardarda bəyanatlar verərək Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdilər, xalqımızın, dövlətimizin yanında olduqlarını bildirdilər. Bu bizə əlavə stimul verdi, özünəinam hissimizi daha da gücləndirdi. Beləliklə də, Müzəffər Ordumuz cəmi 44 gün ərzində düşməni tam kapitulyasiyaya məruz qoydu və biz ərazi bütövlüyümüzü, sonrakı mərhələdə isə suverenliyimizi tam təmin etdik.
Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlığı çoxvektorlu olması ilə diqqət çəkir. Burada indiki geosiyasi reallıqlar şəraitində hərbi sahədə əməkdaşlığın önəmini ayrıca qeyd etmək lazımdır. Türkiyə və Pakistanın hərbi cəhətdən qüdrətli dövlətlər olmaları Azərbaycanın milli maraqlarına tam uyğundur . Respublikamızla qardaş Türkiyə Şuşa bəyannaməsini imzalamaqla onsuz da mövcud olan strateji müttəfiqliklərini rəsmən təsdiqləyiblər. Eyni zamanda, Azərbaycanın qardaş Pakistanla hərbi əməkdaşlığı getdikcə dərinləşir. Artıq bu ölkənin bir sıra müasir hərbi texnikası Azərbaycanın silahlanmasına cəlb edilib. Bundan əvvəl Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Pakistanın Baş naziri azad Qarabağda – Laçında görüşmüşdülər. Bu dəfə isə qardaş ölkələrin liderləri Bakıda böyük Zəfərimizin 5-ci ildönümü münasibətilə keçirilən hərbi parada qatıldılar ki, bunun da böyük rəmzi mənası var.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

