Zəfər qüruru, güc nümayişi, dost sevinci
09.11.2025 [21:31]
Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bu müharibədə Azərbaycan təkcə işğalçı Ermənistanı məğlub etmədi, həm də ikili standartlar ortaya qoymaqla bu ölkənin müdafiəsinə qalxan xarici güclər və dünya erməniliyi üzərində qələbə çaldı. Qələbəni heç kim bizə hədiyyə etməyib, onu Müzəffər Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız misilsiz şücaətləri ilə qazanıblar. Buna görə də tariximizdə əbədi qalacaq Qələbənin sevincini yaşamağa xalqımızın mənəvi haqqı var.
Azərbaycan şanlı Zəfərimizin 5 illiyini noyabrın 8-də Azadlıq meydanında keçirilən əzəmətli hərbi paradla təntənəli şəkildə qeyd etdi. Paradda müxtəlif qoşun növlərinin, o cümlədən də xüsusi təyinatlıların keçidi baş tutdu, ordumuzun silahlanmasına cəlb olunan müasir silhlar nümayiş etdirildi, şahinlərimiz əsrarəngiz çıxışlar etdilər. Parada həmçiinin qardaş ölkələrin – Türkiyənin və Pakistanın hərbiçiləri qatıldılar. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Qələbəmizin tarixinə ekskurs etməklə bir sıra mesajlarını da diqqətə çatdırdı.
Parad bir tərəfdən xalqımızın Qələbə sevincinin ifadəsi idi. Digər tərəfdən də, dünya Azərbaycanın gücünün bir daha şahidi oldu. Bir çoxları düşünürdülər ki, Azərbaycan Vətən müharibəsindəki Qələbə ilə kifayətlənəcək, daha Ordusunun gücləndirlməsi qayğısına qalmayacaq. Belə olmadı , müharibə başa çatandan sonra da Azərbaycan dayanmadı və ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ordu quruculuğunun yeni mərhələsi başladı. Parad bir daha göstərdi ki, bu gün Azərbaycan Odusu 2020-ci ildəkindən daha güclü və qüdrətlidir.
Azadlıq meydanında keçirilən hərbi parad daha bir reallığı ortaya qoydu. Bu reallıq da güclü orduya və güclü Liderə malik Azərbaycanın dünyada qazandığı böyük nüfuzdur. Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, bir sıra digər ölkələrdən gələn yüksəksəviyyəli qonaqları da iştirak etdilər. Bu sırada Slovakiya Baş nazirinin müavini - müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri, Özbəkistanın müdafiə nazirinin müavini və başqaları yer alırdılar. Bu o deməkdir ki, dost ölkələr Azərbaycanın ədalətli müharibədə qazandığı Qələbəyə sevinirlər və dünya ölkəmizin sülh gündəliyini qəbul edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19

