Hədəf idarəetmədə yeni keyfiyyət dəyişikliyinə nail olmaqdır!
20.11.2025 [10:18]
Ölkəmizdə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq davamlı islahatlar həyata keçirilir. Bütün istiqamətləri əhatə edən islahatlar inkişafa güclü təkan verir. Qabaqcıl beynəlxalq təcrübə və ölkəmizin reallıqları nəzərə alınmaqla hazırlanan islahatların reallaşdırılması sayəsində irəli getmək, uğur qazanmaq, daha yuxarı pilləyə yüksəlmək üçün yeni fürsət pəncərələri açılır. Bir sıra hallarda islahatlar sahəvi səciyyə daşıyır. Yəni yeni proqramlar hazırlanarkən konkret istiqamətlərin özəllikləri və məhz bu sahə üzrə müəyyənləşdirilən hədəflər nəzərə alınır. Dövlət quruculuğunda, idarəetmədə aparılan islahatların nəticələri isə ayrılıqda götürülmüş bir sahədə deyil, ümumən ölkənin inkişafında təzahür edir. Bu baxımdan idarəetmənin yenilənməsi məqsədilə aparılan islahatlar daha böyük məsuliyyət yaradır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” ölkəmizin inkişafının indiki mərhələsində müvafiq dövlət qurumlarının fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinə nail olunmasına hesablanıb.
Dövlətin siyasi iradəsi, cəmiyyətin sosial sifarişi
Aydın məsələdir ki, idarəetmə strukturuna bir ehkam kimi yanaşmaq olmaz. Zaman dəyişdikcə, çağırışlar təzələndikcə idarəetmə strukturunun da buna uyğunlaşmasına zərurət yaranır. Hazırda Dördüncü sənaye inqilabı dövrüdür, innovasiyalar həyatın bütün sahələrinə getdikcə daha çox dərəcədə nüfuz edir. Belə bir şəraitdə idarəçilikdə köhnə metodların tətbiqi, əlbəttə ki, məqbul deyil, bu, zamandan geri qalmaq deməkdir. Zamanın tələbinə uyğun olaraq idarəetmə strukturlarının fəaliyyətinin optimallaşdırılması, necə deyərlər, qlobal trenddir və Azərbaycan da bu proseslərdən kənara qala bilməz.
Eyni zamanda, məsələyə ölkəmizin reallıqları kontekstində yanaşmalıyıq. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev vəzifələrə yeni təyin olunmuş icra başçıları ilə keçirdiyi görüşündə respublikamızdakı real mənzərəni göz önündə canlandırdı. Bildirildiyi kimi, ayrı-ayrı məmurlar cəmiyyətə pis nümunə göstərirlər, etimaddan sui-istifadə edirlər, şəxsi məqsədlər güdürlər. Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın idarəçiliyində belə mənfi hallara yer olmamalıdır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və Özünün şəxsi nümunəsi ilə təsdiqlədiyi siyasət vətəndaşyönümlüdür. O, tez-tez regionlara səfərlərə getməklə, ictimaiyyət nümayəndələri ilə görüşüb onların arzu və istəklərini öyrənməklə əslində dövlət və cəmiyyəti bir-birinə yaxınlaşdırır. Belə də olmalıdır. Azərbaycan Prezidentinin prinsipial yanaşması ondan ibarətdir ki, dövlət xalqa xidmət etməli, xalqın həyat şəraitini yaxşılaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün fəaliyyət göstərməlidir. Dövlətin bu funksiyası icra strukturları və rəhbər vəzifələr tutan məmurlaar vasitəsi ilə reallaşdırılır. Deməli, son nəticədə dövlət idarəçiliyində keyfiyyət göstəriciləri bilavasitə strukturların və onların başında dayanan kadrlardan asılıdır. Dövlət başçısının təsdiqlədiyi Nümunəvi Əsasnamə də məhz dövlət idarəçiliyində keyfiyyət göstricilərini daha yüksək səviyyəyə qaldırmaqdan ibarətdir. Əgər bu gün Azərbaycan dünya miqyasında yüksək standartlara malik ölkə kimi qəbul edilirsə, heç bir halda yol vermək olmaz ki, hansısa bir idarəetmə strukturunun və yaxud hansısa bir məmurun yarıtmaz fəaliyyəti buna kölgə salsın. Prezident İlham Əliyev dövlət idarəçiliyinə o fəlsəfədən yanaşır ki, XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin.
Mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətlərinə verilən tələblər Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirəcək. Burada heç şübhəsiz ki, kadrlar mərkəzi fiqurlar qismində çıxış edəcəklər. Kadrlar idarəetməyə yeni nəfəs və dinamizm gətirməlidirlər. Ölkəmizdə aparılan islahatların, o cümlədən də şəffaflaşdırmanın, neqativ hallara qarşı mübarizənin əhatə dairəsinin davamlı şəkildə genişləndirilməsinin, ideoloji işin, gənclərə qayğının, könüllülük hərəkatının genişlənməsinin məntiqi nəticəsi olaraq sağlam ruhlu nəsil formalaşmaqdadır. Yeni idarəetmə modelini də məhz bu nəsil irəli aparacaq və daha uğurlu edəcək. Dövlətin, Prezidentin siyasi iradəsi, cəmiyyətin sosial sifarişi də məhz bundan ibarətdir.
Dövlət və ictimai münasibətlərdə olduqca mühüm hadisə
Ölkəmizdə ictimaiyyət nümayəndələri, ziyalılar da mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin təsdiqlənməsini, idarəetmənin yeni çərçivələrinin müəyyənləşdirlməsini alqışlayırlar. “Dövlət canlı orqanizmə bənzəyir. Onun işlək vəziyyətdə olması, sağlam inkişaf etməsi və tərəqqisi üçün daim islahatlar həyata keçirilməli, struktur və kadr dəyişikliyi aparılmalıdır”. Bu fikri “Yeni Azərbaycan”a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədr müavini Azər Badamov ifadə edib. Deputatın sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında dövlət idarəçiliyinin davamlı olaraq təkmilləşdirlməsinə və daha yüksək pilləyə qaldırılmasına hesablanan qərarlar verilib. Bu baxımdan ölkə Prezidentinin 17 noyabr 2025-ci il tarixində imzaladığı Fərmanla “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiqlənməsi dövlət və ictimai münasibətlərdə olduqca mühüm hadisədir.
Milli Məclisin üzvü bildirib ki, təsdiqlənən sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanı normativ hüquqi aktlarla müəyyən edilmiş sahələrdə dövlət siyasətini, dövlət nəzarətini, dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirir. Mərkəzi icra strukturları öz fəaliyyətlərində Azərbaycan Konstitusiyasını, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və digər qanunvericilik bazasını, eləcə də Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Orqanın hüquqi aktlarını rəhbər tutur.
Azər Badamov bildirib ki, dövlət orqanları arasında koordinasiya vacib amildir. Bu baxımdan sözügedən əsasnamənin müddəaları daha geniş əhatə dairəsinə malikdir. Belə ki, əsasnamədə mərkəzi icra hakimiyyəti orqanlarının digər qurumlarla koordinasiyalı fəaliyyəti ilə yanaşı, onların vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqədə fəaliyyət göstərmələri hədəflənir. Sənədlə müəyyənləşdirilir ki, mərkəzi icra hakimiyyəti orqanları müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət həyata keçirməli, dövlət maraqlarının qorunmasını təmin etməli, eyni zamanda, müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə nail olmalı, onların pozulmasının qarşısını almalıdır. “Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanı vahid dövlət siyasətinin formalaşmasında sadəcə iştirak etməklə kifayətlənməməli, həm də bu siyasətin həyata keçirilməsini təmin etməlidir. Diqqətçəkən amillərdən biri də odur ki, müvafiq Orqan müəyyən və təqdim edilmiş normalar daxilində fəaliyyət göstərməklə məhdudlaşmamalı, həm də onun özünün normayaratma fəaliyyəti olmalıdır. Mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərməli və etimadı doğrultmalıdır”, - deyə Azər Badamov vurğulayıb.
Deputat Prezident İlham Əliyevin vəzifələrə yeni təyin olunmuş icra başçıları ilə görüşdə verdiyi ciddi mesajların ardından “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiqləməsinin bir-birini tamamladığına diqqət çəkib. Bu, ölkə Prezidentinin dövlət idarəçiliyinin daha da optimallaşdırılmasına, bu sahədə yeni keyfiyyət dəyişikliyinə nail olunmasına verdiyi ciddi önəmin ifadəsidir. Qürurverici haldır ki. idarəetmə islahatları Qalib Azərbaycanın bütün ərazilərində həyata keçirilir. Dövlət başçımız tərəfindən idarəçilikdə yeni yanaşmanın, yeni vizyonun, əslində isə yanlış fikirlərdən təmizlənən idarəçilik modelinin tətbiqini görürük. Fərmanda da göstərilir ki, dövlət - özəl tərəfdaşlığı vacibdir. Mərkəzi icra hakimiyyəti orqanları sahibkarlara dəstək verməlidirlər. “İxtisaslı kardlara bütü sahələrdə ehtiyac var. Peşəkar kadrlar dövlətin onurğa sütunudurlar, desək, yanılmarıq. Bu baxımdan Fərmanda da göstərildiyi kimi kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək mühüm işdir”, - deyə Azər Badamov bildirib.
“Yeni reallıqlar və çağırışlar bizdən son dərəcə ehtiyatlı davranmağı tələb edir” deyən deputat vurğulayıb ki, Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyən, uğurlarımızı gözü götürməyən aktorların, maraqlı qüvvələrin mövcudluğu fonunda dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərlərin görülməsi son dərəcə vacibdir. Buna görə də mərkəzi icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə uyğun zəruri təhlükəsizlik tədbirləri görməlidirlər. Deputat qeyd edib ki, aparılan idarəetmə islahatları son nəticədə Azərbaycan dövlətinin və cəmiyyətinin daha da möhkəmlənməsini hədəfləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28
YAP xəbərləri
25 Noyabr 19:14
YAP xəbərləri
25 Noyabr 18:25
Elm
25 Noyabr 18:11
İdman
25 Noyabr 18:01
Sosial
25 Noyabr 17:50
YAP xəbərləri
25 Noyabr 17:41
Siyasət
25 Noyabr 16:35
YAP xəbərləri
25 Noyabr 16:22
Xəbər lenti
25 Noyabr 15:54
YAP xəbərləri
25 Noyabr 15:36
YAP xəbərləri
25 Noyabr 14:35
Sosial
25 Noyabr 14:32
Siyasət
25 Noyabr 14:31
Dünya
25 Noyabr 14:06
Siyasət
25 Noyabr 13:25
Dünya
25 Noyabr 13:25
Sosial
25 Noyabr 12:34
İqtisadiyyat
25 Noyabr 12:33
İqtisadiyyat
25 Noyabr 12:33
Hadisə
25 Noyabr 12:32
Gündəm
25 Noyabr 11:55
Siyasət
25 Noyabr 11:54
Hadisə
25 Noyabr 11:53
İqtisadiyyat
25 Noyabr 11:51
COP29
25 Noyabr 11:25
YAP xəbərləri
25 Noyabr 11:06
Gündəm
25 Noyabr 10:55
İdman
25 Noyabr 10:49
Gündəm
25 Noyabr 10:38
Dünya
25 Noyabr 10:27
Siyasət
25 Noyabr 10:12
Siyasət
25 Noyabr 10:05
YAP xəbərləri
25 Noyabr 10:04
Sosial
25 Noyabr 09:50
YAP xəbərləri
25 Noyabr 09:45
Ədəbiyyat
25 Noyabr 09:33
Analitik
25 Noyabr 09:17
Sosial
25 Noyabr 08:53
Gündəm
25 Noyabr 08:48
MEDİA
25 Noyabr 08:32
Gündəm
25 Noyabr 08:19
Sosial
24 Noyabr 23:31
Dünya
24 Noyabr 23:17
YAP xəbərləri
24 Noyabr 22:43
Sosial
24 Noyabr 22:29
Dünya
24 Noyabr 22:14
Elanlar
24 Noyabr 22:03
Dünya
24 Noyabr 21:53
Dünya
24 Noyabr 21:37
İdman
24 Noyabr 21:36
YAP xəbərləri
24 Noyabr 21:19
Sosial
24 Noyabr 20:58

