Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əli Kərimli həbs olundu

Əli Kərimli həbs olundu

02.12.2025 [09:58]

Dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə günahlandırılır

Rusiya FTX-nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

AXCP funksionerindən etiraf: Saleh Rüstəmliyə demişdilər ki...

Sirr deyil ki, Azərbaycan dövlətinin maraqlarına və xalqımızın mənafeyinə qarşı çıxmaq, ölkəmizdəki sabitliyə və inkişafa xələl yetirmək, respublikamızın beynəlxalq imicinə kölgə salmaq Azərbaycanın radikal müxalifət partiyalarının və onların rəhbərlərinin fəaliyyətindən qırmızı xətlə keçir. Bu xüsusda AXCP və onun sədri Əli Kərimli, “Milli şura” həmişə öndə olub. Bu şəxslərin öz cılız məqsədləri və maddi maraqlarını təmin etmək naminə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini təsdiq edən kifayət qədər faktlar mövcuddur.

Yayılan məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb. Axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb. Məlumatlara görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər. Bildirilir ki, proses Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb.

Əli Kərimli Rusiyadan yüz minlərlə dollar alıb...

Əli Kərimlinin Rusiya ilə əlaqəli fəaliyyətdə olması və onun əməllərinin əsas hədəfinin Azərbaycan dövlətçiliyinə qarşı yönəlməsi yeni bir hal deyil. Hələ 2018-ci ildə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurum ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin - Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanovun adı qeyd edilirdi. Bəli, bu həmin Sadeh Rüstəmlidir ki, yenidən Rusiya ilə əlaqədə ittiham olunur. 2018-ci ildə rəsmi qurumların yaydığı məlumatda bildirilirdi ki, Rusiyada yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə fərqli yollara əl atıb. Hələ o vaxt bildirilirdi ki, 2016-cı ilin martından adıçəkilən dövrə qədər Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olanların vasitəsilə Əli Kərimliyə çatdırılan pulun miqdarı 412 min ABŞ dolları olub.

Saleh Rüstəmlidən “imtina” - AXCP məsuliyyətdən yayınmaq istəyir

Bu xatırlatmanı verməkdə məqsəd artıq AXCP-nin funksionerlərinin əl-ayağa düşərək birmənqalı şəkildə ittihamları özlərindən kənarlaşdırmaq üçün əl atdıqları manevrlərə diqqət çəkməkdir. Məsələn, AXCP sədrinin saxlanılması xəbəri yayılandan az sonra partiyanın funksioneri Seymur Həzi tələm-tələsik internet resurslarından birinə çıxaraq saxlanılan Saleh Rüstəmlinin AXCP üzvü olmadığı bəyanatını verir. Halbuki, bu şəxsin Əli Kərimli ilə birgə pul maxanasiyasının tarixi hələ 10 illər öncədən başlayır. Bunu rəsmi orqanlar da təsdiqləyib. Bəs, indi hansı səbəbdən Əli Kərimliyə illərlə pul daşıyan bu şəxslə əlaqədən imtina olunur? Səbəb bəllidir...Onlar Rusiyadan alınan təlimatlardan və bu təlimatların alıniması faktıdan imtina etmək üçün bu fəndə əl atırlar.

Rusiya FTX-nin Əli Kərimli “sifarişi”

Seymur Həzi deyir ki, sonuncu dəfə həbsdən çıxıb Rusiyaya gedən Saleh Rüstəmlidən Rusiya Federal Təhlükəsizlik Xidməti, xüsusi xidmət orqanları tələb edirdilər ki, “o, Əli Kərimli ilə danışsın, Azərbaycanda Ukraynanın müdafiəsi məsələsi dayandırılsın. Başqa sözlə, Azərbaycanda Ukraynanın mövqeləri müdafiə olunmasın, Azərbaycan bütövlükdə ruspərəst ölkə olsun...”

Buradan iki əsas nəticə çıxarmağa çalışılır:

- Saleh Rüstəmlinin Əli Kərimliyə təlimat verməsi ilk hal deyil. Əks halda, Rusiya FTX-si bunu bu qədər rahat “tələb etməzdi”;

- Əli Kərimli indiyə qədər danışdığı, müdafiə etdiyi və ya pislədiyi bütün prosesləri təlimat, sifariş əsasında yerinə yetirib. Seymur Həzi etiraf edir ki, Əli Kərimli özünün siyasi “düşüncələrini”, siyasi prioritetlərini və siyasi hərəkətlərini şimaldan gələn təlimatlar əsasında qurur. Əli Kərimli ilə Saleh Rüstəmlinin işbirliyinin “şifrəsi” “pul - təlimat”, “sifariş - icraçı” prinsiplərinə əsaslanıb. Bunu AXCP funksionerləri özləri də etiraf edirlər. Niyə Rusiya FTX-si Saleh Rüstəmliyə birbaşa Əli Kərimli “sifarişi”ni verib. Demək ki, bu kimi əlaqələr əvvəlki dövrlərdə də olub, yaşanıb.

Bütün xəyanətlər geci-tezi açılır. Əli Kərimli kimi radikal xainlərin ifşası isə heç 40 gün də çəkməyəcək...

Göründüyü kimi, bu proseslər Azərbaycanın təhlükəsizliyini təhdid edə bilər. Rusiyanın ölkəmizə qarşı müxtəlif müstəvilərdə təxribatlar həyata keçirdiyinin şahidi oluruq. Bu proseslərdə Ramiz Mehdiyev, radikal müxalifət və AXCP-nin adı hallanır. Bu kontekstdə dövlətçiliyimizi hədəf alan marjinal qruplar mütləq şəkildə Azərbaycan siyasətindən getməlidir.  Bu cür xəyanətkar ünsürlər - əli kərimlilər, cəmil həsənlilər, ramiz mehdiyevlər bütövlükdə öz komanadaları ilə birlikdə Azərbaycanın siyasi sistemindən birdəfəlik təmizlənməlidirlər.

2 ay 15 gün həbs...

Yeri gəlmişkən, vurğulayaq ki, AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Mətbuatın yaydığı məlumata görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Fazil Mustafa: FTX-nin və ya başqa orqanların Azərbaycanla bağlı fəaliyyətlərində radikal müxalifətin bu və ya digər şəkildə yer alması mümkündür

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa baş verən hadisələrin kifayət qədər ciddi olduğunu dilə gətirib. O bildirib ki, dövlət orqanlarının əlində əsaslı sübutlar olmasa, bu cür qətiyyətli və birmənalı addımlar atılmaz: “Bu addımlar müxalifətə qarşı atılan addımlar kimi qiymətləndirilməməlidir. Bu, bilavasitə vaxtilə hakimiyyətdə təmsil olunan Ramiz Mehdiyevə qarşı da atılan addımdır. O ki müxalifətdə olmayıb?”

Vurğulandığı kimi, AXCP sədrinin müavini Seymur Həzi Rusiya FTX-nin Saleh Rüstəmliyə Əli Kərimli ilə danışmaqla bağlı təzyiq edib. Bu məsələyə də toxunan millət vəkili bildirib ki, proses haqqında qəti fikir bildirmək üçün hüquqi baxımdan istintaqın nəticələrini gözləmək lazımdır. “Rusiyanın hansısa təhlükəsizlik qurumunun bu məsələlərdə hansısa marağının bu cür ifadə olunması da mümkündür. Bu kimi əlaqələrin, əməkdaşlığın və ya məqsədlərin araşdırılması Azərbaycan DTX-nın bilavasitə işi olduğuna görə, sözügedən əlaqələrin də araşdırılması təmin edilər. Azərbaycan hüquqi dövlətdir və məsələlərin də hüquq çərçivəsində məsələnin həll olunmasına heç kimin şübhəsi olmamalıdır. Hazırda saxlanma və müvafiq ittihamların irəli sürülməsi vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir. Ona görə də, FTX-nin və ya başqa orqanların Azərbaycanla bağlı fəaliyyətlərində radikal müxalifətin bu və ya digər şəkildə yer alması mümkündür. Buna qədərki hadisələrdə də bunun əlamətləri çox vaxt özünü göstərib”, - deyə F.Mustafa deyib.

Sadiq İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31