“Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat olub
16.01.2026 [14:57]
Yanvarın 16-da Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Tarixi yurda qayıdış” konfransı çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) “Əzəli yurd” layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi tədqiqat əsərində Qərbi Azərbaycanda soydaşlarımızın tarixi dövrlərə görə məskunlaşması, İrəvan xanlığının yaranması, onun ictimai-siyasi vəziyyəti, mədəni mühiti, həyata keçirilən islahatlar, inzibati bölgü və idarəetmə quruluşu araşdırılıb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əziz Əlibəyli bildirib ki, son zamanlar Qərbi Azərbaycana qayıdış prosesi bəzi dairələr tərəfindən “ekzistensial təhlükə” kimi təqdim olunur, lakin bu yanaşma reallığı əks etdirmir. O qeyd edib ki, məsələ qələbə anlayışının mahiyyətini dərk etməklə bağlıdır: qələbə təkcə hərbi-siyasi nəticə deyil, həm də mənəvi və insani dəyərdir. Ən vacib məqam isə qəbul edilən qərarların insanların normal və təhlükəsiz şəkildə yaşamasına xidmət etməsidir.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxışında kitabın müəllifi Əfqan Vəliyevə uğurlar arzulayıb, “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsi barədə məlumat verib. O bildirib ki, MİMTA Fondu artıq 21 ildir tariximizin müxtəlif istiqamətlərini araşdırır, “Qərbi Azərbaycan” konsepsiyası da bu müddət ərzində müxtəlif platformalarda təqdim edilərək müzakirə mövzusu olub. Pərviz Əmirov belə bir nəşrin ortaya çıxmasını sevindirici hal kimi qiymətləndirərək vurğulayıb ki, bu, ideyanın beynəlxalq müstəvidə tanıdılmasına, həmçinin mövcud yanaşmaların daha sistemli formada izahına xidmət edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək qeyd edib ki, tarix boyu düşmənlərin gözü daim torpaqlarımızda olub, xalqımız müxtəlif dövrlərdə işğal, təzyiq və ədalətsizliklə üzləşib. O, uzun illər Avropada Ermənistanın Azərbaycana qarşı apardığı təbliğatın, saxtalaşdırmaların və qərəzli yanaşmaların şahidi olduqlarını bildirib.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqın birliyi və güclü dövlət mövqeyi nəticəsində Azərbaycan öz torpaqlarını geri alıb və tarixi ədalət bərpa olunub.
“Bu gün qarşımızda duran əsas vəzifələrdən biri də informasiya, elm və mədəniyyət sahəsində mübarizəni daha güclü qurmaqdır. Burada yalnız dövlətin deyil, eyni zamanda ictimai institutların, media qurumlarının, akademik dairələrin və mütəxəssislərin rolu böyükdür”, – deyə deputat qeyd edib.
Onun fikrincə, mövqeyimizi daha aydın izah etmək üçün ən təsirli addım konkret nəticələr ortaya qoymaqdır. Bu baxımdan elmi və tarixi əsaslara söykənən kitabların nəşri, həqiqətləri əks etdirən filmlərin çəkilməsi, fakt və sənədlərə əsaslanan tədqiqatların hazırlanması, eləcə də beynəlxalq auditoriyaya yönəlmiş sənədli layihələrin həyata keçirilməsi mühüm rol oynayır. Deputat vurğulayıb ki, məhz bu yolla həqiqətləri daha geniş şəkildə çatdırmaq və uzun illər davam edən qərəzli təbliğatın təsirini azaltmaq mümkündür.
Kitabın müəllifi Əfqan Vəliyev çıxışında bildirib ki, Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır: “Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır”.
O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai sorğular Qərbi azərbaycanlıların böyük əksəriyyətinin öz əzəli ata-baba yurduna qayıtmaq niyyətində olduğunu göstərir: “Sorğulara əsasən, Qərbi azərbaycanlıların 98,8 faizi doğma yurda qayıtmaq istəyir. Xüsusilə 18–25 və 25–35 yaş qruplarında bu göstərici 92,1 faiz təşkil edir”.
Tədbir çərçivəsində Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədova, Qərbi Azərbaycan İcması İrəvan şəhər icmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Tacir Qurbanov və digərləri çıxış edərək nəşrin əhəmiyyətindən danışıb, kitab barədə rəylərini və təhlillərini təqdim ediblər. Çıxış edənlər MİMTA Fonduna və müəllifə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, kitabda birinci və ikinci Rusiya–İran müharibələri, Türkmənçay və Ədirnə sülh müqavilələrinin Qərbi Azərbaycanın demoqrafik və siyasi vəziyyətinə təsiri, ermənilərin Qərbi Azərbaycana köçürülməsi, erməni vilayətinin yaradılması, çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasəti təhlil edilir.
Azərbaycanlıların deportasiyası, daşnak hakimiyyəti dövründə mədəni mühit, maddi-mədəni irsin mənimsənilməsi, toponimlərin dəyişdirilməsi kimi məsələlər də tədqiqatın diqqət mərkəzindədir.
Müəllif tarixi sənədlər və arxiv materiallarına əsaslanaraq Qərbi Azərbaycanın qədim dövrdən müasir dövrədək etnik, siyasi və mədəni proseslərini təqdim edir, bölgədə aparılan erməniləşdirmə siyasətinin köklərini elmi əsaslarla şərh edir və azərbaycanlıların həmin ərazilərdəki varlığını sənədlərlə təsdiqləyir. Nəşr tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran dəyərli mənbə kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxSosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30
Dünya
18 Yanvar 10:19
Dünya
18 Yanvar 09:22
Sosial
18 Yanvar 08:56
Dünya
17 Yanvar 23:15
Hadisə
17 Yanvar 22:37
Dünya
17 Yanvar 21:24
Xəbər lenti
17 Yanvar 20:18
Sosial
17 Yanvar 20:16
İqtisadiyyat
17 Yanvar 20:11
Hadisə
17 Yanvar 19:33
Sosial
17 Yanvar 18:22
Dünya
17 Yanvar 17:30
Hadisə
17 Yanvar 16:51
Xəbər lenti
17 Yanvar 16:19
Dünya
17 Yanvar 15:32
Dünya
17 Yanvar 14:51
Sosial
17 Yanvar 14:20
Dünya
17 Yanvar 13:42
Gündəm
17 Yanvar 13:16
Gündəm
17 Yanvar 12:49
Siyasət
17 Yanvar 12:30
Sosial
17 Yanvar 12:11

