Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir

18.01.2026 [19:13]

Güclü qar, qasırğa və qar uçqunu səbəbindən Gürcüstanda beynəlxalq əhəmiyyətli bir sıra yollar, o cümlədən Rusiyaya gedən Yuxarı Lars avtomagistralı bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, hazırda Gürcüstan-Rusiya sərhədinə aparan yolda ağır tonnajlı yük maşınlarının hərəkəti qadağandır. Son məlumatlara görə, elektron növbədə 1700-dən çox ağır tonnajlı yük avtomobili qeydiyyatdadır.

Məlumatına görə, qar və buz səbəbindən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun 93-107-ci kilometrliyində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Rusiya tərəfində də vəziyyət ağır olaraq qalır.

Şimali Osetiya Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzinin veb-saytının məlumatına görə, Yuxarı Lars sərhəd keçid məntəqəsində 1500-dən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31