Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

18.06.2026 [14:34]

Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan dövlət proqramları və strateji sənədlər ölkəmizdə süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir. Həmçinin rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal bərabərliyin və inklüzivliyin gücləndirilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rəqəmsal İnkişaf Şurası bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə hədəflənib. “Sammitin iyunun 18-də - Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Məhz bu tarixdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı qəbul edilib, insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub”, - deyə ombudsman bildirib.

Səbinə Əliyeva vurğulayıb ki, müasir dövrdə insan hüquqları gündəliyi ənənəvi hüquq və azadlıqların müdafiəsi ilə məhdudlaşmır. Eyni zamanda, rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində formalaşan yeni hüquqi, etik və institusional çağırışlara adekvat cavab mexanizmlərinin yaradılmasını da zəruri edir.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30