Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb
18.06.2026 [07:39]
Azərbaycan inkişaf hüququnun, habelə iqtisadi, sosial və mədəni hüquqlar da daxil olmaqla, insan hüquqlarının qorunması və təşviqinin demokratiyanın, sülhün və rifahın mərkəzində dayandığına inanır.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin BMT-nin İnsan Hüquqları Şurasının 62-ci sessiyasında ali komissarın illik hesabatı üzrə interaktiv dialoq zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.
Bəyanatda qeyd olunub ki, Cənubi Qafqaz hazırda qarşıdurmadan uzaq və əməkdaşlıq məkanına çevrilmək üçün tarixi bir şans əldə edib. Bunun faydaları artıq ortadadır. Azərbaycan təkcə yaxın qonşuluqda olan ölkələrə deyil, həm də regionun hüdudlarından çox-çox kənara yeni iqtisadi, ticarət və tranzit perspektivləri açıb və təklif edib.
Sənəddə hökumətin əsas prioritetlərindən birinin çoxsaylı məcburi köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı, yenidənqurma və bərpa fəaliyyəti olduğu diqqətə çatdırılıb, geri qayıtmaq və ləyaqətli yaşayış hüququnun mühüm insan hüquqları olduğu bildirilib. Qeyd olunub ki, bu hüquqların reallaşdırılmasına, eləcə də minlərlə itkin düşmüş şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsinə mane olan amil geniş ərazilərdə külli miqdarda mina və partlamamış hərbi sursatların olmasıdır. Beynəlxalq birlik bu məsələyə laqeyd qalmamağa və həmrəylik nümayiş etdirməyə çağırılıb.
Bəyanatda, həmçinin Avropa İttifaqı daxilində etnik və dini azlıqlara təsir edən irqçilik və ayrı-seçkilik, islamofobiyanın artması və böyüyən sosial dözümsüzlük də daxil olmaqla, insan hüquqları sahəsində davam edən problemlərdən narahatlıq ifadə olunub. Bildirilib ki, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı qeyri-bərabər rəftar, inteqrasiya qarşısındakı maneələr, habelə ləyaqət, müdafiə və hüquqlara bərabər çıxışla bağlı suallar doğuran təcrübələr barədə hesabatlar bizi narahat etməkdə davam edir. İnsan hüquqları ardıcıl şəkildə və ayrı-seçkiliyə yol verilmədən təşviq edilməli, səmərəli beynəlxalq əməkdaşlıq isə qarşılıqlı hörmətə, obyektivliyə və bərabər standartlara əsaslanmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

