Tahir Budaqov ilə Tun Vathana arasında görüş keçirilib
17.06.2026 [17:49]
İyunun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kamboca Xalq Partiyası Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathananın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Kamboca arasında münasibətlərin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı, fəal siyasi dialoq şəraitində müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mühüm potensialın olduğu qeyd edilib.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində iki ölkənin beynəlxalq müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində bir-birinin maraqlarını müdafiə etdikləri, ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verdikləri qeyd olunub.
Azərbaycan-Kamboca əlaqələrinin vacib tərkib hissəsi olaraq YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlığın, həmçinin qanunverici orqanlarda dostluq qruplarının fəaliyyətinin önəmi vurğulanıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2023-cü ilin iyul ayında Kambocaya səfəri çərçivəsində Baş nazir, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen ilə görüşü və parlament seçkilərini müşahidə etməsi, həmçinin bu ölkənin nümayəndə heyətinin ötən ilin oktyabr ayında Bakıda keçirilən ICAPP Mədəniyyət Şurasının 4-cü iclasında iştirakı məmnunluqla xatırlanıb.
Tun Vathana YAP nümayəndə heyətinin gələn il Kambocada keçiriləcək yerli seçkilərdə müşahidəçi qismində iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb.
Qarşılıqlı səfərlərin önəminə toxunularaq cari ilin iyun ayının 15-də YAP-ın təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşa şəhərində keçirilmiş beynəlxalq konfransın həm qlobal gündəliyin aktual məsələlərinin müzakirəsi, həm də partiyalarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu bildirilib.
Tun Vathana ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafının və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Yeni Azərbaycan Partiyasına təşəkkür məktubunu təqdim edib.
Tahir Budaqov isə dəvəti qəbul edərək konfransda iştirakına və ölkəmiz haqqında xoş sözlərinə görə qarşı tərəfə minnətdarlığını ifadə edib. O, YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələrarası münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq sazişinin imzalanması perspektivlərinin də müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

