Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bosniya və Herseqovinanın ombudsmanı: Milli insan hüquqları təsisatları yeni çağırışlarla məşğul olmaq öhdəliyi daşıyır

Bosniya və Herseqovinanın ombudsmanı: Milli insan hüquqları təsisatları yeni çağırışlarla məşğul olmaq öhdəliyi daşıyır

18.06.2026 [20:45]

Azərbaycanı və Azərbaycan xalqını Milli İnsan Hüquqları Günü münasibətilə təbrik edirəm. Belə bir günün qeyd olunması çox vacibdir. Həmçinin bu tədbirin təşkilinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Azərbaycanın Ombudsmanı çox böyük iş görüb və tədbirin mövzusu son dərəcə aktualdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın ombudsmanı Yasminka Cumhur deyib.

Milli insan hüquqları təsisatlarının yalnız insan hüquqlarının müdafiəçiləri deyil, həm də onların təşviqediciləri olduğunu bildirən Y.Cumhur fikirlərinə belə davam edib: “Buna görə də biz yeni çağırışlarla məşğul olmaq öhdəliyi daşıyırıq. Süni intellekt həqiqətən də həm dövlətlər, həm də milli insan hüquqları təsisatları üçün böyük bir çağırışdır.

Əminəm ki, bu konfransın yekun nəticələri və qənaətləri burada iştirak edən bütün ölkələrə süni intellektin təqdim etdiyi imkanlardan istifadə etmək üçün öz yollarını müəyyənləşdirməyə kömək edəcək".

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30