La Reünyonda “Piton de la Fournaise” vulkanı püskürməyə başlayıb
19.01.2026 [08:10]
Fransaya məxsus La Reünyon adasında yerləşən “Le Piton de la Fournaise” vulkanı yerli vaxtla saat 19:42-də püskürməyə başlayıb. Püskürmə günortadan sonra qeydə alınan seysmik böhrandan sonra baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Piton de la Furnez Vulkanoloji Observatoriyası (OVPF) məlumat yayıb.
Son həftələr ərzində bir neçə seysmik aktivlik müşahidə edildikdən sonra vulkan aktiv fazaya keçib. Püskürmə nəticəsində yaranan lava axınları vulkanın müşahidə kameraları vasitəsilə aydın şəkildə görünür. Prefektura gün ərzində, saat 16:34-dən etibarən yeni seysmik böhranın başladığını açıqlamışdı.
OVPF-nin bildirdiyinə görə, aparılan analizlər və müşahidə kameralarının görüntüləri püskürmə çatlarının vulkanın şimal yamacında, Enkloz (Enclos) adlanan ərazi daxilində açıldığını göstərir. Püskürmənin ilk görüntüləri saat 15:48-də Piton Partajda yerləşən müşahidə kamerası tərəfindən qeydə alınıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, La Reünyonda ORSEC “Volkan” xüsusi təhlükəsizlik planı üzrə 2-1 səviyyəli həyəcan rejimi elan edilib. Bu barədə adanın Vulkan Mülki Təhlükəsizlik Müdaxilə Xidməti məlumat yayıb.
Prefektura əlavə edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və nəzarətin təmin olunması məqsədilə jandarm qüvvələri və Milli Meşələr İdarəsinin əməkdaşları əraziyə səfərbər edilib.
Qeyd edək ki, “Le Piton de la Fournaise” vulkanının əvvəlki püskürməsi 2023-cü il avqustun 10-da baş verib. Bundan sonra vulkan “yuxu” mərhələsinə keçmişdi. Vulkanoloji Observatoriyanın direktoru Alin Peltyenin sözlərinə görə, adətən bu cür fasilə orta hesabla 3,5 ildən 6 ilə qədər davam edir. Bu dəfə isə “yuxu” mərhələsi təxminən iki il yarım çəkib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

