/ / YAP Kəlbəcər rayon təşkilatı “Heydər Əliyev və gənclər siyasətinin aktual çağırışları” mövzusunda tədbir keçirib
YAP Kəlbəcər rayon təşkilatı “Heydər Əliyev və gənclər siyasətinin aktual çağırışları” mövzusunda tədbir keçirib
04.02.2026 [13:51]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı “Heydər Əliyev və gənclər siyasətinin aktual çağırışları” mövzusunda tədbir keçirib.Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Sədr bildirib ki,Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş gənclər siyasəti bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, dövlətin gənclərə göstərdiyi dəstəyin geniş spektrdə olduğunu – təhsil, elm, idman, mədəniyyət, ictimai-siyasi fəaliyyət və peşəkar inkişaf sahələrini əhatə etdiyini diqqətə çatdırıb.Sədr Həbib Misirov çıxışında həmçinin vurğulayıb ki,Azərbaycan gəncliyinin vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsi dövlətin strateji prioritetidir. Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar, gənclərin sosial və siyasi həyatda aktiv iştirakı bu siyasətin real nəticələrini nümayiş etdirir. Sədr qeyd edib ki, gənclərin potensialının düzgün yönəldilməsi,onların bilik və bacarıqlarının inkişaf etdirilməsi Azərbaycanın davamlı inkişafı üçün əhəmiyyətlidir.Tədbirdə çıxış edən gənclər Fuad Ümid İsgəndərov,Arifə Ağayeva,Aliyə Hüseyinzadə,Nuranə Həsənova,dövlət tərəfindən yaradılan imkanlardan, həyata keçirilən proqramlardan və gənclərin sosial, elmi və mədəni inkişafına göstərilən diqqətdən danışıb, bu siyasətin ölkəmizin gələcək inkişafında və dövlət quruculuğunda oynadığı əhəmiyyəti qeyd ediblər.Onlar Ulu Öndərin qoyduğu əsaslar əsasında formalaşan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini dəstəklədiklərini, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını vurğulayıblar.Tədbir çərçivəsində həmçinin Ulu Öndərin gənclərə yönəlmiş fərman və sərəncamları, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edən proqramlar barədə məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.Sonda tədbir iştirakçıları yekdil olaraq vurğulayıblar ki,Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Azərbaycanın sabit inkişafının, güclü dövlət və sağlam cəmiyyət quruculuğunun mühüm təminatıdır və bu siyasət gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim edildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

