Xocalıda ucalan ədalət abidəsi
02.03.2026 [14:32]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışındakı tarixi çıxışı Azərbaycanın həm kədərli keçmişinə, həm də qürurlu bu günü ilə gələcəyinə işıq tutan proqram xarakterli bir müraciətdir. Dövlət başçısı qeyd etmişdir ki, İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu açılış sadəcə bir memarlıq abidəsinin təqdimatı deyil, həm də xalqımızın otuz illik həsrətinin və intiqamının simvolik yekunudur.
Xocalı faciəsinin dünyaya tanıdılması və bu qanlı cinayətə hüquqi-siyasi qiymətin verilməsi uzunmüddətli bir mübarizə yoludur. Bu yolda ən böyük dönüş nöqtəsi Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlıdır. Belə ki, Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Leyla Əliyevanın təşəbbüsü ilə başlanan bu kampaniya qısa müddətdə beynəlxalq müstəvidə böyük əks-səda doğurdu. Bu illər ərzində “Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur; onlarla ölkə və beynəlxalq təşkilat Xocalıda baş verənləri rəsmən soyqırımı aktı kimi tanımış, erməni təbliğat maşınının yalanları ifşa edildi.
Azərbaycan xalqı bu ədaləti illərlə səbirlə gözlədi, eyni zamanda öz gücünü topladı. 2020-ci ildə başlanan Vətən müharibəsi bu gücün təcəssümü idi. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu zəfər göstərdi ki, Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq. Lakin bu mübarizədə bizim ordumuzun nümayiş etdirdiyi mənəvi ucalıq xüsusi vurğulanmalıdır. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bizim müharibəmiz yalnız işğalçı orduya qarşı idi və döyüş meydanında ləyaqətlə aparıldı.
Bu gün qürurla deyə bilərik ki, ədaləti biz özümüz təmin etdik. Beynəlxalq birliyin və institutların səssiz qaldığı bir şəraitdə Azərbaycan dövləti öz hərbi və siyasi gücü ilə ədaləti bərpa etdi. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Bu gün Xocalı qatillərinin bir qisminin Bakıda ədalət mühakiməsi qarşısında dayanması beynəlxalq hüququn və tarixi ədalətin ən bariz nümunəsidir.
Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu kompleks gələcək nəsillərə həm faciəni unutmamağı, həm də bu faciədən necə başı uca çıxdığımızı aşılayır. Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Bu ruh bizi qələbəyə apardı və bu gün Xocalını yenidən qurmağa, onu dirçəltməyə kömək edir.
Lakin regionda hələ də təhdidlər qalmaqdadır. Prezident öz çıxışında mühüm bir xəbərdarlıq da etdi: Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Revanşist qüvvələr və onların xaricdəki havadarları hələ də köhnə xülyalarla yaşayırlar. Lakin Azərbaycan dövləti hər zaman ayıq-sayıqdır və hər hansı bir təhdidə cavab verməyə qadirdir. Xocalıda ucalan bu abidə həm də dostlarımıza sevinc, düşmənlərimizə isə sarsılmaz bir mesajdır.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

