Avropa Bankından nikbin proqnoz
03.03.2026 [11:10]
Azərbaycanda iqtisadi artım davamlı olacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Regional iqtisadi perspektivlər” adlı fevral hesabatını ictimaiyyətə açıqlayıb. Sənəddə qlobal iqtisadiyyatın mövcud vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlar yer alıb. AYİB-in ekspert icması hesab edir ki, ABŞ-ın bir müddət əvvəl tətbiq etdiyi idxal tarifləri dünya miqyasında potensial itkilər yaratmaqla, qlobal əlavə dəyəri azaldacaq. Xüsusilə də Avropa regionunda iqtisadiyyatın artım tempinin azalması gözlənilir, ümumi təsir isə bu regionda ÜDM-in 0,4 faizi həddində ehtimal olunur. ABŞ-ın gömrük proteksionizmi üzrə qiymətləndirmələr qlobal təchizat zəncirlərinə dolayı təsirlər göstərəcək və ticarət axınlarını dəyişiklikliyə uğradacaq. ABŞ-da iqtisadi artımın 2026-cı ildə 2,4 faiz olacağı fərz edilir.
AYİB-in ehtimallarına görə, Avropa və Asiya bölgəsində artım 2025-ci ildə 1,6 faiz yavaşlayıb və bu proses 2026-cı ildə davam edəcək. Avrozona iqtisadiyyatında artımın cəmi 1,3 faiz olacağı fərz olunur. Qlobal inflyasiya proqnozu da ötənilki səviyyədə qalacaq. Tələbin azalması və enerji qiymətlərinin aşağı düşməsi kimi ümumi meyillər üzrə də gözləntilər qlobal inflyasiyanın 3,8-4 faiz təşkil edəcəyini əsaslandırır.
İnflyasiya hədəf diapazonu daxilində qalıb
Avropa Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntiləri isə ümidvericidir. Bankın analitik blokunun qənaətinə görə, güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2025-ci ildə Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur.
AYİB-in ssenarilərinə əsasən, ölkəmizdə iqtisadi artım 2026-cı ildə 2 faiz, 2027-ci ildə 2,5 faiz proqnozlaşdırırlır. Bankın analitiklərinin fikrincə, proqnoz enerji daşıyıcılarının qiymətləri və hasilat həcmlərinin dinamikasına qarşı həssas olaraq qalır. Potensial dəstəkləyici amillər sırasında ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi çərçivəsində regional əlaqələndirmə və ticarət təşəbbüslərinin inkişafı, eləcə də iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə biləcək bərpaolunan enerji mənbələrinə irimiqyaslı investisiyaların davam etdirilməsi göstərilib. Qiymətləndirmələrə görə, 2025-ci ildə inflyasiya artsa da, Mərkəzi Bankın (MB) hədəf diapazonu (4 % ±2 faiz bəndi) daxilində qalıb. MB uçot dərəcəsini iki dəfə - 2025-ci ilin iyul və dekabr aylarında 25 baza bəndi endirib. Bundan əlavə, 2026-cı il fevralın 4-də tənzimləyici dərəcəni yenidən 0,25 faiz bəndi azaldaraq 6,5 faizə endirib.
Bölgədə yeni ticarət marşrutlarının açılması iqtisadi fəallığı yüksəldəcək
Dəyərləndirmələrə əsasən, Azərbaycanın fiskal və xarici mövqeləri də dayanıqlı olaraq qalır. 2025-ci ildə dövlət büdcəsinin profisiti ÜDM-in 0,4 faizini, sentyabr ayına olan məlumata görə isə dövlət borcu ÜDM-in təxminən 20 faizini təşkil edib.
Enerji daşıyıcılarından ixrac gəlirlərinin azalması və idxalın artması fonunda 2025-ci ilin ilk üç rübündə xarici ticarətin müsbət saldosu azalıb. Dövlət Neft Fondunun (DNF) aktivləri və AMB-nin valyuta ehtiyatları daxil olmaqla, beynəlxalq ehtiyatlar 2025-ci ilin dekabrına 85,1 milyard dollara çatıb ki, bu da ÜDM-in 112 faizinə bərabərdir.
Ehtimallara əsasən, enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. Ancaq neftdənkənar bölmələrdə artıq dayanıqlılıq və möhkəm sütunların yaranması ÜDM-in artım potensialını böyüdür. Bundan başqa, Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlı situasiyalar da ölkəmizdə əlavə dəyərin artımında təsiriedici faktorlardan olacaq. Növbəti illərdə bölgədə yeni ticarət marşrutlarının açılması isə investorların etimadını artırmaqla bölgəyə gəlişi və yeni sərmayələrə start verməsi iqtisadi və işgüzar fəallığı yüksəldəcək, yeni əlavə dəyər mənbələri formalaşdıracaq.
Su və nəqliyyat infrastrukturunun yenidən qurulmasına AYİB-dən dəstək
Yeri gəlmişkən, Avropa Bankı “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasında da maliyyə donoru olmaq niyyətindədir. Maliyyə Nazirliyində olan AYİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə su və şəhər infrastrukturu sahələrində prioritet istiqamətlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.Nazir müavini Anar Kərimov bildirib ki, Avropa Bankı özəl sektorun dəstəklənməsi, şəhər infrastrukturunun gücləndirilməsi, ətraf mühitin davamlılığının təmin edilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində Azərbaycanın əsas tərəfdaşlardandır. İcra edilən layihələr strateji əhəmiyyət daşıyımaqla, fiskal dayanıqlılıq və effektiv maliyyələşmə prinsipləri nəzərə alınmaqla həyata keçirilib. Bankla əməkdaşlıq çərçivəsində Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələr yalnız şəhər infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli su təminatını təmin etmək baxımından deyil, həm də şəhərlərdə ekoloji standartların yüksəldilməsi, kommunal xidmətlərin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.
N.Mouravidze bildirib ki, bank üçün əsas prioritetlərdən birinin su və şəhər infrastrukturu sahələrində layihələrin icrasının sürətləndirilməsi, eləcə də növbəti mərhələlər üzrə maliyyələşmənin səmərəli və məqsədyönlü çərçivədə strukturlaşdırılmasıdır. Eyni zamanda AYİB “yaşıl keçid”, iqlim maliyyələşməsi və texniki dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətlərində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

