“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir
04.03.2026 [21:19]
Amerikanın “OpenAI” şirkəti Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə müqavilə bağlamağı nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı bir neçə xarici media orqanı startapın ABŞ Müdafiə Nazirliyi ilə razılaşmasından sonra məlumat verib.
AZƏRTAC “The Wall Street Journal”a istinadla xəbər verir ki, “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın sözlərinə görə, hazırda texnologiyaların bütün qapalı NATO şəbəkələrində yerləşdirilməsi imkanları araşdırılır. “OpenAI” nümayəndəsi daha sonra bunun Alyansın açıq şəbəkələrinə aid olduğuna aydınlıq gətirərək Altmanın sözlərinin təhrif olunduğunu qeyd edib.
“Reuters” agentliyi məlumat verib ki, şirkət öz süni intellekt texnologiyasını NATO-nun açıq şəbəkələrində yerləşdirmək üçün müqavilə bağlamağı nəzərdən keçirir.
Ötən həftə “OpenAI” şirkəti ABŞ Müdafiə Nazirliyinin qapalı şəbəkəsində süni intellekt texnologiyalarını yerləşdirmək üçün Pentaqon ilə razılaşma əldə olunduğunu elan edib. Medianın məlumatına görə, qərar Vaşinqtonun “təchizat zənciri riski” hesab etdiyi “Anthropic” ilə fikir ayrılığından sonra verilib. “Anthropic”in xaric edilməsi bu şirkətin süni intellekt modellərinin kütləvi daxili nəzarət və ya tam muxtar ölümcül silahlara nəzarət üçün istifadəsinə icazə verməkdən imtina etməsi ilə əlaqədardır.
WSJ-nin məlumatına görə, Sem Altman Pentaqon ilə razılaşmanı müdafiə edərək bildirib ki, bu müqaviləni imzaladığına görə peşman deyil. O, həmçinin qeyd edib ki, müqavilə haqqında məlumatın bu qədər tez açıqlanmamasını üstün tutardı, çünki bu, “fürsətçi addım” kimi görünə bilər.
ABŞ Müdafiə Nazirliyi ilə bağlanan müqaviləyə qarşı tənqidlər fonunda “OpenAI” bəzi istifadəçilərin reaksiyası ilə üzləşib. Analitik şirkət “Sensor Tower”ə görə, şənbə günü ChatGPT mobil tətbiqinin silinmə halları bir əvvəlki günlə müqayisədə 295 faiz artıb.
“OpenAI” şirkəti “Microsoft”, “Nvidia” və “SoftBank” daxil olmaqla bir çox böyük texnologiya nəhəngi tərəfindən dəstəklənir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32

