Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu göndərir

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu göndərir

01.04.2026 [12:52]

ABŞ Yaxın Şərqə “USS George HW Bush” təyyarədaşıyan gəmisini göndərir və bununla da bölgədə eyni vaxtda üç Amerika təyyarədaşıyan gəmisinin yerləşdirilməsi qeyri-adi hal yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarədaşıyan gəmi çərşənbə axşamı Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Stansiyasından yola çıxıb. Gəmi artıq bölgədə olan “Abraham Lincoln” zərbə qrupu ilə birləşəcək və Xorvatiya limanında təmir olunan “Gerald R.Ford” gəmisinə qoşulacaq.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi variantları nəzərdən keçirdiyi bir vaxtda bu yerləşdirilmə baş verib. Ötən həftəsonu isə Yaxın Şərq sularına dəniz ekspedisiya bölməsini daşıyan desant gəmiləri daxil olmuşdu.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30