Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yağışlardan zərər görən vətəndaşlar nə etməlidir? – Ekspertdən açıqlama

Yağışlardan zərər görən vətəndaşlar nə etməlidir? – Ekspertdən açıqlama

01.04.2026 [12:02]

Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində bir sıra vətəndaşların mənzillərinə və fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Yaranmış vəziyyətlə bağlı əmlak məsələləri üzrə ekspert Vüqar Oruc zərər görmüş şəxslərin atmalı olduğu addımları açıqlayıb.

Ekspertin sözlərinə görə, intensiv yağışlar nəticəsində zərər çəkmiş vətəndaşlar ilk növbədə müvafiq icra hakimiyyətlərinə müraciət etməlidirlər. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi vasitəsilə də lazımi tədbirlərin görülməsi mümkündür.

“Əgər zərər görmüş ev sığortalıdırsa, ilkin olaraq sığorta şirkətinə müraciət olunmalıdır. Sığorta olmadığı halda isə vətəndaşlar aidiyyəti dövlət qurumlarına üz tutmalıdırlar. Bu zaman xüsusi komissiya yaradılır, dəymiş zərər qiymətləndirilir və uyğun kompensasiya müəyyən edilir”, – deyə ekspert bildirib.

Vüqar Oruc qeyd edib ki, zərər çəkmiş şəxslər evin mövcud vəziyyətini əks etdirən fotoşəkillər çəkməli və onları müvafiq qurumlara təqdim etməlidirlər. Əgər kompensasiya ayrılmazsa, vətəndaşlar məhkəmə instansiyalarına müraciət edə bilərlər. Bu halda dəymiş zərərin rəsmi hesabatının təqdim edilməsi mütləqdir.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30