Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada minimum əməkhaqqı artırılıb

Böyük Britaniyada minimum əməkhaqqı artırılıb

01.04.2026 [23:11]

Böyük Britaniyada minimum əməkhaqqının artırılması bu həftə təxminən 2,7 milyon nəfərin maaşına təsir edib.

AZƏRTAC xəbər verir ki, yeni qərara əsasən, 21 yaşdan yuxarı şəxslər üçün minimum saatlıq əməkhaqqı 50 pens artırılaraq 12,71 funt sterlinqə çatdırılıb. 18-20 yaş arası işçilər üçün bu rəqəm 85 pens artaraq 10,85 funt olub. 18 yaşdan aşağı olanlar və şagirdlər üçün isə əməkhaqqı 45 pens artaraq saatda 8 funt sterlinq müəyyən edilib.

Əməkhaqqının artırılması kampaniyaçılar tərəfindən müsbət qarşılansa da, biznes nümayəndələri bu qərarın əlavə xərclərə səbəb olacağını bildirirlər. Onların sözlərinə görə, artan əməkhaqqı xərcləri qiymətlərin yüksəlməsinə və ya işçi sayının azaldılmasına gətirib çıxara bilər.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30