Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb

Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb

02.04.2026 [12:07]

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildirirlər ki, 1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra — elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30