Media: Yaxın Şərqdə Hörmüz boğazından yan keçəcək boru kəmərlərinin tikintisi müzakirə edilir
02.04.2026 [21:58]
Fars körfəzi ölkələri neft və qaz ixracının Hörmüz boğazından yan keçməsinə imkan verəcək yeni boru kəmərləri tikməyi düşünür.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, mənbələrin sözlərinə görə, yeni boru kəmərlərinin çəkilməsi regionun Hörmüz boğazından keçən gəmiçilikdəki fasilələrə qarşı davam edən həssaslığını azaltmağın yeganə yolu ola bilər. Lakin onlar qeyd edirlər ki, bu cür layihələr baha başa gələcək, siyasi cəhətdən mürəkkəb olacaq və illər çəkəcək.
Məsələn, Səudiyyə Ərəbistanı neft hasilatının böyük hissəsini İranın nəzarətində olan sular vasitəsilə deyil, boru kəməri vasitəsilə ixrac etməyə imkan verəcək variantları araşdırır. Krallıq yeni boru kəmərlərinin tikintisini və ya Hörmüz boğazına alternativ neft təchizatı marşrutu olan “Şərq-Qərb” boru xəttinin tutumunu genişləndirməyi araşdırır.
Körfəz dövlətinin rəsmisi nəşrə bildirib ki, enerji ixracı probleminin həlli üçün başqa bir seçim ABŞ-nin təşəbbüsü ilə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) yaratmaq planlarını canlandırmaqdır. İsrailin “NewMed Energy” şirkətinin baş direktoru Yossi Abu Aralıq dənizinə boru kəmərlərinin çəkilməsinin mümkünlüyünə əmin olduğunu bildirib. O qeyd edib: “İnsanlar dostları ilə birlikdə öz taleyini müəyyən etməlidirlər”.
“Cat Group” şirkətinin baş direktoru Kristofer Buşun sözlərinə görə, bu sektorda yeni layihələrə maraq İranda hərbi münaqişə başlamazdan əvvəl də yüksək idi. O əlavə edib: “Biz müxtəlif boru kəmərləri ilə bağlı sorğular almışıq. Masamın üzərində çoxlu sayda müxtəlif təqdimatlar var”.
Qeyd etmək lazımdır ki, Tehran fevralın 28-də başlayan İran və ABŞ-nin zərbələrinə cavab olaraq Hörmüz boğazından keçən gəmiçiliyi məhdudlaşdırıb. Dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdəbiri dəniz dəhlizi vasitəsilə daşınırdı. Aprelin 2-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft tədarükünə güvənən ölkələri keçidin müstəqil şəkildə açılmasını təmin etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:26
YAP xəbərləri
02 Aprel 18:24
Sosial
02 Aprel 17:19
YAP xəbərləri
02 Aprel 17:15
YAP xəbərləri
02 Aprel 17:14
Dünya
02 Aprel 16:49
Sosial
02 Aprel 16:35
Sosial
02 Aprel 15:53
Dünya
02 Aprel 15:29
YAP xəbərləri
02 Aprel 15:13
YAP xəbərləri
02 Aprel 15:09
Siyasət
02 Aprel 15:08

