Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir

Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir

02.04.2026 [15:07]

Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkələrimiz arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə əhəmiyyətli töhfədir. Türkmənistan qədim Böyük İpək Yolunu müasir şəraitdə dirçəltmək təşəbbüslərini davamlı şəkildə irəli aparmaqla Şərq-Qərb və Şimal-Cənub marşrutları boyunca nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Lazurit dəhlizi və Xəzər dənizi–Qara dəniz və Mərkəzi Asiya–Yaxın Şərq nəqliyyat marşrutları regionlararası ticarət və iqtisadi əlaqələrin inkişafında əsas rol oynayır. Bu, dəhlizləri təkmilləşdirmək ticarəti artırmaq və iqtisadiyyatın digər sahələrində əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar açır", - deyə Nökərqulu Ataqulıyev bildirib.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30