Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

03.04.2026 [16:03]

ABŞ və İsrailin hücumlarına baxmayaraq, İranın raket buraxılışlarının təxminən yarısı və minlərlə dron hələ də işlək vəziyyətdədir.

AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadla məlumat yayıb.

“Son kəşfiyyat qiymətləndirmələrinə əsasən, İranın raket buraxılış qurğularının təxminən yarısı salamat qalıb. Son beş həftə ərzində ABŞ və İsrail tərəfindən hərbi hədəflərə gündəlik zərbələr endirilməsinə baxmayaraq, İranın arsenalında minlərlə kamikadze dron qalır”, — deyə telekanal bildirir.

Nəşr qeyd edir ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan buraxılış qurğuları da daxil edilə bilər. Bunlara, məsələn, zərbələr nəticəsində torpaq altında qalan, lakin tam məhv edilməmiş sistemlər aiddir.

Mənbələrin sözlərinə görə, ölkənin ümumi pilotsuz uçuş aparatı potensialının təxminən 50 faizini təşkil edən minlərlə dron hələ də mövcuddur.

Son günlərdə toplanmış kəşfiyyat məlumatlarına əsasən, İranın sahil müdafiəsi üçün nəzərdə tutulmuş kruiz raketlərinin əksəriyyəti də salamat qalıb. CNN bildirir ki, bu raketlər İrana Hörmüz boğazı ərazisində gəmiçiliyi təhdid etmək imkanı verir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın başlanğıcından bəri ABŞ-İsrail zərbələri nəticəsində İranın raket və pilotsuz uçuş aparatlarının buraxılış imkanlarının “əhəmiyyətli dərəcədə azaldığını” bildirmişdi.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30