Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Moldova öz hava məkanı sərhədlərinə hörmət edilməsi tələbini irəli sürür

Moldova öz hava məkanı sərhədlərinə hörmət edilməsi tələbini irəli sürür

03.04.2026 [16:19]

Moldova Respublikası Xarici İşlər Nazirliyi bu səhər Ştefan Voda rayonunun Tudora kəndi yaxınlığında “Şahed” tipli pilotsuz uçuş aparatının aşkarlanmasından sonra milli hava məkanının pozulmasını pisləyib.

AZƏRTAC Moldova Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlik hadisəni Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qəbuledilməz şəkildə pozulması hesab edir ki, bu da beynəlxalq hüquqa ziddir.

Nazirlik vurğulayıb ki, bu cür hərəkətlər vətəndaşların təhlükəsizliyini təhdid edir və regional sabitliyə mənfi təsir göstərir.

“Biz Moldova Respublikasının hava məkanının pozulmasını pisləyirik. Bu cür hərəkətlər qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”, -deyə nazirliyin rəsmi açıqlamasında bildirilir.

Eyni zamanda, Xarici İşlər Nazirliyi ölkənin hava məkanına hörmət edilməsi tələbini irəli sürüb və hakimiyyətin milli təhlükəsizliyi və vətəndaşların təhlükəsizliyini qorumaq öhdəliyini bir daha təsdiqləyib.

Son iki ildə Moldova hava məkanı onlarla icazəsiz dron uçuşları ilə dəfələrlə pozulub. Təkcə bu ilin mart ayında, o cümlədən Palancada azı üç belə hadisə qeydə alınıb. Vəziyyət 2025-ci ilin noyabr ayında xüsusilə gərgin olub. Hakimiyyət orqanları ardıcıl bir neçə insidentin, o cümlədən altı dronun Moldovanın hava məkanını keçdiyini və cəmi doqquz gün ərzində üç hadisənin baş verdiyini bildirib.

Kişineu Rusiya səfirinə etiraz notaları göndərib və dronların birbaşa Moldovanı hədəf almamasına baxmayaraq, onların hərəkət trayektoriyasının milli təhlükəsizliyə real risk yaratdığını vurğulayıb.

Paylaş:
Baxılıb: 42 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30